Yuxarı

Qərb və Rusiya Bakıda əməkdaşlıq edəcək – Müqavilə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb və Rusiya Bakıda əməkdaşlıq edəcək – Müqavilə

"Şahdəniz" layihəsi bizim üçün çox əhəmiyyətlidir və burada fəaliyyətimizi genişləndirmək üçün bütün imkanlardan istifadə etməyə hazırıq".

Report xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "LUKoil Azerbaijan" SC-nin Layihə və struktur maliyyələşdirmə Departamentinin rəhbəri Oqtay Mövsümov deyib.

"LUKoil Overseas"in hasilat üzrə vitse-prezidenti Sergey Suçok isə çıxışında bütün problemlərə baxmayaraq, BP, SOCAR və "LUKoil" arasında münasibərlərin normal olduğunu deyib.

Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "LUKoil" şirkətinə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv strukturun işlənməsi layihəsində iştirakını genişləndirmək üçün 500 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin ayrılmasına dair sazişin imzalanma mərasimi keçirilib.

"Şahdəniz" qazının Avropanın qazla təminatını asanlaşdırmaqla yanaşı qitənin qaz bazarında maye qazın qiymətinə də təsir edəcək", - deyə EBRD-nin London ofisinin təbii sərvətlər üzrə direktoru Eric Rasmussen deyib.

Qeyd edək ki, kredit "LUKoil" üçün EBRD və Asiya İnkişaf Bankı (ADB) tərəfindən ayrılmalı olan 1 mlrd. dollarlıq kreditin ilk hissəsidir. EBRD bundan öncə "Şahdəniz" layihəsi üçün "LUKoil"un törəmə şirkəti olan "LUKoil Overseas Shah Deniz Ltd." üçün 380 mln. dollar ayırıb. Ödənişin ilk tranşı 2005-ci ildə 180 mln. dollar, ikinci tranşı isə 2014-cü ildə 200 mln. dollar məbləğində olub.

Xatırladaq ki, "Şahdəniz" Azərbaycanın ən böyük qaz yatağıdır və ehtiyatı 1,2 trln. kubmetrdən çox dəyərləndirilir.

Tarix
2015.08.07 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla