Yuxarı

ABB İM-in daha 10 startapı investorlara təqdim edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB İM-in daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzində 2-ci İnkubasiya proqramına qəbul edilmiş layihələrin təqdimatı mərasimi keçirilib. Proqrama ümumən 151 komanda muraciət edib. Aparılan seçimlərə əsasən, 25 komanda 8 həftəlik intensiv preinkubasiya proqramında iştirak imkanı qazanıb. Bu komandalardan isə 10-u növbəti mərhələ kimi inkubasiya mərhələsinə keçib.

Axar.az xəbər verir ki, inkubasiya mərhələsini də uğurla başa vurmuş bu komandalar hazır layihələrini ABB İnvestor Klubunun üzvləri, ABB-nin rəhbər şəxsləri və digər sahə ekspertləri qarşısında təqdim ediblər. Bu layihələr Fintech, Elektron ticarət, iqtisadi dayanıqlılıq və s. bu kimi sahələri əhatə edir.

İntensiv təlim proqramlarını özündə cəmləşdirən 2-ci İnkubasiya proqramı startap komandalarına öz ideyalarını biznesə çevirməkdə dəstək olub. Komandaların 1 avqust 2022-ci il tarixinədək investorlarla görüşlərinin keçirilməsi nəzərdə tutulub. İnvestisiya cəlb edə bilən, məhsullarını inkişaf etdirməyi bacaran və satışa hazır olan komandalar ABB İnnovasiya Mərkəzinin Akselerasiya proqramına keçid alacaqlar.

Xatırladaq ki, Mərkəzin 1-ci proqramında da 12 startap layihəsi müvafiq mərhələləri uğurla başa vurub. Beləliklə, ABB İnnovasiya Mərkəzi indiyə qədər investorlara 22 startap layihəsi təqdim edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2022.07.01 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Vuçiçdən Əliyevə minnətdarlıq: Milli lider...

Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi

Vuçiç bu il Azərbaycana gələcək

Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırıq

İstərdim ki, azərbaycanlılar... - Serbiya prezidenti

Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

İki dost ölkə daim bir-birinin yanındadır - Prezident

Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi oldu

Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla