Yuxarı

“Baksell” Ordubadda yeni mərkəz açdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Baksell” Ordubadda yeni mərkəz açdı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Baksell" şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.

Axar.az xəbər verir ki, şirkət Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Ordubad şəhəri, Heydər Əliyev küçəsi 35 ünvanında yerləşən yeni məntəqədə abunəçilərə müxtəlif çeşiddə xidmətlər təqdim olunur.

"İndi Ordubad sakinləri "Baksell" şirkətinin təqdim etdiyi məhsul və xidmətlərdən daha asanlıqla faydalana biləcəklər. Azərbaycanda ən geniş əhatə dairəsi olan və ən etibarlı şəbəkəyə malik "Baksell" şirkəti öz xidmətlərinin abunəçilərə daha əlçatan olması üçün satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edəcək", - deyə "Baksell" şirkətinin pərakəndə satış və distribyusiya departamentinin rəhbəri Paşa Paşayev bildirib.

"Baksell" şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. "Baksell" Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq üçün bu linkə daxil olun: http://www."Baksell".com/az/contact-us/customer-care-offices

***

"Baksell" haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Baksell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Baksell", Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində "Baksell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Baksell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. ""Baksell""in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

"Baksell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www."Baksell".com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www."Baksell".com/az/news (və ya İngilis dili üçün www."Baksell".com/en/news) səhifəsinə daxil olun.

Qeyri-"Baksell" abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Baksell"-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Tarix
2015.11.18 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla