Yuxarı

Dünya Bankı: “2016-2017-ci illər çətin olacaq”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bankı: “2016-2017-ci illər çətin olacaq”

Dünya Bankının İnkişaf Gözləntiləri Qrupunun direktoru Ayxan Köse qlobal iqtisadiyyatın 2016 və 2017-ci illərdə kritik və çətin bir keçid dövrü yaşayacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Anadolu agentliyinə açıqlama verən Köse hələlik yaxın vaxtlarda qlobal durğunluğun gözlənilmədiyini deyib:

"İndi geriyə dönək və 2007-ci ildə 2008-2009-cu illəri analiz edək. Hesab edirəm ki, o zaman bir çox iqtisadçı qlobal böhranın çox az ehtimal olduğunu deyərdi. Qlobal iqtisadiyyat 2016 -2017-ci illərdə kritik və çətin bir keçid dövrü yaşayacaq. ABŞ pul siyasətinin normallaşması, Avro bölgəsində böyümənin davam etdirilməsi, əmtəə qiymətlərinin yeni bir tarazlıq tapması və Çinin yavaşlama prosesinin sağlam bir şəkildə davam etməsi, bu keçid dövrünün əsas ünsürləri olacaq. Önümüzdəki bir neçə ilin qlobal iqtisadiyyat üçün çətin bir keçid dövrü olacağı qətidir. Lakin Dünya Bankı da daxil olmaq üzrə müəyyən beynəlxalq təşkilatlar, dünya iqtisadiyyatının 2016-2017-ci illərdə böyüməyə davam edəcəyini nəzərdə tutur. Yəni hələlik üfüqdə yeni bir qlobal durğunluq görünmür.

Tarix
2016.01.02 / 10:15
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla