Yuxarı

Komitədən qida fırıldaqçılarına - Qadağa

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitədən qida fırıldaqçılarına - Qadağa

Azərbaycanda qida məhsullarının üzərinə "Ekoloji təmiz" yazısının göstərilməsinə qadağa qoyulub.

Trend-in məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının təsdiqlədiyi "Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər" standartına əsasən, qida məhsulunun xüsusiyyətinə, eyniliyinə, tərkibinə, miqdarına, saxlanma və ya yararlılıq müddətinə, mənşəyinə, qida məhsulunun hazırlanma üsuluna dair istehlakçıları yanıldan ad verməyə, məhsulun malik olmadığı xüsusiyyətləri, həmçinin müalicəvi olduğunu qeyd etməyə, qida məhsullarının adlarında məhsulun tərkibində olmayan maddə və ya onun birləşməsinin adından istifadə etməyə yol verilmir. Qida məhsullarının tərkibinə qida məhsullarına (inqrediyentlərinə) oxşar aromatizator əlavə etdikdə, qida məhsulunun adında həmin məhsulun dad və ya ətirə malik olduğu qeyd edilməlidir. Standartlarda qeyd edilir ki, müxtəlif qida məhsullarına bir ad verməyə icazə verilmir.

Məhsulun "Yalnız üzvi gübrələrdən istifadə etməklə yetişdirilmişdir", "Pestisidlərdən istifadə etmədən yetişdirilmişdir", "Mineral gübrələrdən istifadə etmədən yetişdirilmişdir", "Vitaminləşdirilmişdir", "Konservantsız" kimi xüsusiyyətləri haqqında məlumatın verilməsi, yalnız istehsalçıda qeyd edilmiş məlumatın təsdiqi olduğu halda icazə verilir.

Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Tarix
2016.01.04 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla