Yuxarı

Dolların mübadilə kursunu banklar təyin edəcək - Qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dolların mübadilə kursunu banklar təyin edəcək - Qərar

Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankın (AMB) təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nda öz əksini tapıb.

Yeni qaydalarda göstərilir ki, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Yeni tələblərə görə, əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks olunmalıdır. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Yeni qaydalarda ən maraqlı məqam odur ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Bu zaman əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınmalı və şöbədə quraşdırılmış lövhədə əks etdirilməlidir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilməlidir.

Bundan başqa, yeni qaydalara əsasən Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.

Tarix
2016.01.07 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla