Yuxarı

Süni qiymət artımı: 7 nəfər həbs edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni qiymət artımı: 7 nəfər həbs edildi

Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir.

Report xəbər verir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2015-ci ilin dekabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilən tədbirlər planının icrası ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri həyata keçirilməkdədir: "Belə ki, son 10 gün ərzində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

İdarə rəisi bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əsas vəzifələrindən biri ölkədə aparılan sosial-iqtisadi siyasətə təkan verməkdir.

Tarix
2016.01.15 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla