Yuxarı

SOCAR özəlləşdirilə bilər – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR özəlləşdirilə bilər – Millət vəkili

Bir çox şirkətlər və dövlət obyektləri özəlləşdirməyə açıq olmalıdır.

Bu barədə Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu gün keçirdiyi müşavirədə geniş özəlləşdirmə proqramının hazırlanmasına dair çıxışını Axar.az-a şərh edərkən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, özəlləşdirmə prosesi dövlət büdcəsinə böyük vəsaitlərin daxil olmasına imkan verəcək:

"Rabitə və digər nazirliklərdə elə obyektlər var ki, özəlləşmə üçün onlara baxmaq lazımdır. Yəqin ki, siyahı hazırlanacaq və sonra da bu məsələ nəzərdən keçiriləcək. Hökumətin hesabat iclasında da prezident özəlləşdirməyə gedəcək obyekt və şirkətlərin siyahısının hazırlanmasına dair göstəriş vermişdi. SOCAR, "Azərsu", "Azərenerji", "Azəriqaz" kimi mümkün strateji şirkətlərə məxsus elə obyektlər var ki, əlbəttə, bunlar özəlləşdirməyə gedə bilər. Özəlləşdirmə isə ABŞ-da olduğu kimi, tam deyil, şirkətin müəyyən hissəsinin dövlətin əlində saxlanılması ilə aparıla bilər. Yadınızdadırsa, bir müddət öncə işığı təmiz özəlləşdirməyə vermişdilər, "Barmek" də yaradılmışdı, ancaq sonradan onu yenidən dövlətə qaytarmaq zərurəti yarandı. Yəni hazırda prosesin ciddiliyini və bir sıra strateji obyektlərin varlığını nəzərə alaraq, yavaş-yavaş özəlləşdirilmə aparıla bilər".

Qeyd edək ki, yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. İclasda İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılmasına dair tapşırıqlar verib.

Tarix
2016.01.18 / 21:42
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla