Yuxarı

Bankların dollar almamasının – Səbəbi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bankların dollar almamasının – Səbəbi

Mərkəzi Bank ölkədə dolların məzənnəsinin artmasının qarşısını almağın yollarından biri kimi manatın dövriyyəsinin sərtləşdirilməsi siyasətinə müəyyən dərəcədə nail ola bilib.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında deyib. İqtisadçı son günlər bankların dollar hərraclarında zəif iştirak etməsinin səbəbini açıqlayıb:

"Ölkədə dolların məzənnəsinin artmasının qarşısını almağın yollarından biri kimi manatın dövriyyəsinin sərtləşdirilməsi siyasətinə MB müəyyən dərəcədə nail ola bilib. Ancaq başqa bir tərəfdən isə bankların əlində manat kütləsi qalmayıb. Bunun üçün də banklar valyuta hərracı əməliyyatlarında iştirak edə bilmir və auksionlarda daha az dollar almağa meyillənirlər. Ona görə MB bu məsələdə çox diqqətli olmalı, hər iki yöndə - həm iqtisadi aktivliyin artırılması, həm də məzənnənin tənzimlənməsi yönündə paralel addımlar atmalıdır. Yəni, dolların məzənnəsinin kəskin artmasının qarşısını almağa çalışarkən digər sahələrdə problemlərin yaranmaması üçün də çalışmalıdır. Çünki bu proses iqtisadi aktivliyə də təsir göstərir".

Qeyd edək ki, fevralın 10-da Mərkəzi Bank tərəfindən keçirilən növbəti valyuta hərracında 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda yalnız 1 bank 10 milyon dollar tələbi ilə iştirak edib.

Tarix
2016.02.12 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla