Yuxarı

MB-nin son qərarı kredit bazarına necə təsir edəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
MB-nin son qərarı kredit bazarına necə təsir edəcək?

Mərkəzi Bankın uçot dərəcəsi simvolik xarakter daşıyır və kredit bazarına təsir göstərmir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert Mərkəzi Bankın uçot dərəcəsini 5 faizədək yüksəltməsini şərh edib:

"MB manatla yığımlara marağı artırmaq məqsədi daşıdığını bildirsə də, bu,elə də ciddi fərq yaratmayacaq.

İkincisi, bu rəqəm əvvəllər 3 faiz olduğu halda banklar istehlak kreditlərini 24-29 faizlə təklif edirdilər. Bu isə uçot dərəcəsi ilə kredit faizləri arasında 10 dəfəyə yaxın fərq demək idi. İndi isə bu fərq 6 dəfə olub. Belə kəskin fərqin olduğu kredit bazarına uçot dərəcəsinin təsirləri marjinaldır.

Üçüncüsü, baş bankın bu addımdan öncə də milli valyuta üzrə yığımlara daha çox faiz ödənilsə də, bu, manatla yığımlara marağın artmasına səbəb olmayıb. Əksinə, manatla depozitlərin ümumi depozit portfelində payı təxminən 50 faizdən 15 faizədək azalıb. Bu isə dollarlaşma səviyyəsinin necə yüksək olduğunu göstərir.

Dördüncüsü, kommersiya bankları əldə etdikləri vəsaitin təxminən 4/5-ni MB-dən kənar mənbələrdən cəlb etdiyindən bunun kredit bazarına və yığımlara elə də ciddi təsiri olmayacaq".

Tarix
2016.02.16 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Prezident Daramber Qoxul ilə görüşdü

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

WUF13-ün məhz Azərbaycanda keçirilməsi bunu göstərir

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Bakı buna səmimi marağını nümayiş etdirir - Bayramov

Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

Prezident İqor Sergeyenkonu qəbul etdi - Foto

Bakı ilə razılaşmışıq, burada da kommersiya sirri var - Kobaxidze

Azərbaycan vətəndaşları bu ölkədən deport edildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla