Yuxarı

VTB bankın kredit təşkilatlarına borcu artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
VTB bankın kredit təşkilatlarına borcu artdı

VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.

Axar.az Teleqraf-a istiandən xəbər verir ki, bankın cəmi kredit portfelinin ümumi həcmi 235 milyon 764 min manat təşkil edib. Bunun 126 milyon 680 min manatı təminatsız olub.

Hesabat dövründə bank üstünlüyü istehlak kreditlərinə verib. Belə ki, maliyyə qurumu tərəfindən 99 milyon 951 min manat istehlak krediti verilib. Bunun 97 milyon 830 min manati təminatsız olub.

Bankın ayırdığı 76 milyon 210 min manat biznes kreditinin isə cəmi 28 milyon manatı təminatsızdır.

VTB (Azərbaycan) ASC-də bir ildən artıq vaxtı keçmiş kreditlərin həcmi 8 milyon 598 min manata yüksəlib. 2024-cü ilin sonunda bu rəqəm 3 milyon 17 min manat təşkil edib.

Bu ilin birinci rübündə bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri də artıb. Ötən ilin sonuna olan 60 milyon 972 min manatdan 61 milyon 988 manata yüksəlib.

VTB (Azərbaycan) ASC-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri isə ilin əvvəlindəki 19 milyon 262 min manatdan 1-ci rübün sonuna 41 milyon 741 min manata yüksəlib.

Tarix
2025.04.14 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla