Yuxarı

Nazirdən valyuta ehtiyatlarımızla bağlı mühüm açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən valyuta ehtiyatlarımızla bağlı mühüm açıqlama

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

Maliyyə naziri bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2024-cü il dövlət büdcəsində nəzərdə tutulan xərclər müsbət dinamika ilə icra edilib:

"Milli valyutanın sabitliyi qorunub. İqtisadiyyatın diversifikasiyanın sürətlənməsi nəticəsində ötən il qeyri-neft sektorunda artım müşahidə edilib. Cari ilin əvvəlində ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bizim makroiqtisadi göstəricilərimizə nəzər saldıqda həm sabitlik, həm ehtiyatlarımızın artması təmin edilib, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması həyata keçirilib, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün alışlarla paralel ölkədə fiskal nizam qorunub".

Tarix
2025.05.27 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla