Yuxarı

OPEK+ hasilatı artırır: Neft qiyməti düşərsə... – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay aylarında dünya üzrə neftə tələbatın artması müşahidə olunur. Bu, birbaşa iri ölkələrdə, xüsusilə də ABŞ-da səfərlərin sayının çoxalması ilə bağlıdır. Səfərlərin çoxalması avtomobillərin yanacağa olan tələbatını artırır ki, bu da öz növbəsində neftə olan ümumi tələbin yüksəlməsinə səbəb olur. ABŞ isə dünyada neft tələbatı ki bu baxımından aparıcı ölkələrdən biri olduğu üçün bu, prosesə birbaşa təsir göstərir.

Bu fikirləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov OPEK+ ölkələrinin neft hasilatının artırılması ilə bağlı verdiyi qərarın bazara təsirini şərh edərkən bildirib.

Deputat qeyd edib ki, OPEK+ tələbat və təklif balansına uyğun şəkildə hasilat kvotalarına yenidən baxır və dəyişikliklər edir:

“Təbii ki, hasilatın artırılması neft qiymətlərinə təsir göstərən əsas faktorlardan biridir. Lakin OPEK+ çalışır təklifi elə tənzimləsin ki, qiymət çərçivəsindən kənara çıxmasın. Bu baxımdan, hasilatın artmasının qiymətlərə təsiri birbaşa tələbatın dəyişməsindən asılı olacaq”.

Ekspert əlavə edib ki, 2025-ci ildə neftin dünya bazar qiymətinin yüksək olacağı proqnozlaşdırılmır:

“Ötən beş ay ərzində də neftin qiymətində azalmalar müşahidə etdik. Bu kontekstdə neft bazarı ilə bağlı proqnozlar qiymət artımı istiqamətində olmasa da, sabit tələbat mövcuddur. Bu da “Brent” markalı neftin qiymətinin orta hesabla 65 dollar ətrafında dəyişməsinə səbəb olacaq”.

Vüqar Bayramov onu da vurğulayıb ki, neft bazarı eyni zamanda siyasi faktorlarla tənzimlənir:

“Əgər siyasi müdaxilələr artsa, bu, neftin qiymətində əlavə enişlərə səbəb ola bilər. Amma hələlik tələb və təklif balansına baxdıqda, bazarın verdiyi mesaj odur ki, mövcud tarazlıq 65 dollar ətrafında formalaşıb”.

Deputat Azərbaycanın neft ölkəsi kimi optimal qiymətlərdə maraqlı olduğunu da qeyd edib:

“Neft ixrac edən ölkələr üçün optimal qiymət təxminən 70 dollar səviyyəsində nəzərdə tutulur. Azərbaycanın dövlət büdcəsində də neftin qiyməti 70 dollar olaraq götürülüb. Bu baxımdan bizim üçün illik orta qiymətin 70 dollar ətrafında olması daha məqsədəuyğundur. Hazırda neftin qiymətinin nisbətən aşağı olması Azərbaycan iqtisadiyyatına ciddi təsir etmir. Lakin istənilən halda, neft gəlirləri və neftin qiyməti ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir”.

Tarix
2025.06.04 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla