Yuxarı

Ananı öldürən klinikada şok cinayətlər - Özəl

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ananı öldürən klinikada şok cinayətlər - Özəl

Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.

Hadisə Bakıdakı özəl klinikalardan olan "Astoriya" Tibb Mərkəzində baş verib.

Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib. "Astoriya" Tibb Mərkəzindən ölüm faktını təsdiqləyiblər.

Axar.az-ın araşdırması zamanı məlum olub ki, sözügedən klinikada bu, ilk ölüm hadisəsi deyil. 2013-cü il dekabrın 5-də də "Astoriya" Tibb Mərkəzində körpə dünyasını dəyişib.

Uşağın yaxınları ölümdə həkimi təqsirkar biliblər. Körpənin anası Cəfərova Könül normal hamiləlik keçirib və uşaq sağlam doğulub. Vaxtlı-vaxtında bütün analizlərin verildiyini deyən yaxınlarının sözlərinə görə, uşağın iki gün sonra dünyasını dəyişməsi müəmmalıdır.

Bundan əlavə, "Astoria Tibb Mərkəzi" MMC-nin və orada işləyən həkimin hamilə olmuş bir xanıma vurduğu zərərlə bağlı da məhkəmədə çəkişməsi var. Belə ki, 2013-cü ildə Verdiyeva Könül Ərəbxan qızı hamiləliyi dövründə məsləhət üçün həkim Nigar Abdullayevanın qəbulunda olub, övladını təbii doğuş yolu ilə dünyaya gətirmək istədiyini bildirib.

Lakin Nigar Abdullayeva heç bir müayinə aparmadan etirazını bildirərək bunun qətiyyən mümkün olmayacağını, körpənin mütləq qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilməli olduğunu deyib. N.Abdullayeva müayinədən sonra səbəbini izah etmədən uşağı 2 həftə tez götürməli olduqlarını söyləyib.

İddiaçı həkimin dediyi ilə razılaşmalı olub. O, 2013-cü ilin oktyabrın 21-i oğlunu qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib və əməliyyatdan 3 gün sonra evə buraxılıb.

Bundan sonra pasientin xeyli problemləri olub və həkimin səhlənkarlığı, qüsurlu əməliyyatı nəticəsində 27 yaşlı xanım digər həkim tərəfindən qadın orqanlarının əməliyyatına məruz qalıb. O, gənc yaşında ana olmaq hüququndan məhrum edilib. Vəkil İradə Cavadova zərərçəkmişin hüquqlarını müdafiə edir və klinikaya qarşı bir milyon manat təzminat davası açılıb.

Tarix
2015.03.21 / 12:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla