Yuxarı

Sevinc Osmanqızının işinə yenidən baxılacaq

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevinc Osmanqızının işinə yenidən baxılacaq

Jurnalist Sevinc Osmanqızının barəsində cinayət işinin başlanması ilə bağlı məhkəmə qərarı ləğv edilib.

Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.

Məlumata görə, bir müddət əvvəl Nərimanov rayon Məhkəməsində, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda ittihamçı Azər Xəlilovun Sevinc Osmanqızına qarşı iddiası üzrə qərar elan olunub.
Hakim M.Sadıqov bildirib ki, Sevinc Osmanqızının məhkəməyə məcburi gətirilməsi haqda verilən qərara Yasamal Rayon Polis İdarəsindən cavab verilib. Qeyd olunub ki, S.Osmanqızının yaşadığı ev "Sovetski" layihəsinə görə sökülüb və S.Osmanqızı qeydiyyatdan çıxarılıb. Onun hazırda harada yaşadığı bəlli deyil.

Azər Xəlilov uşaqların ABŞ-a təhsil almaq üçün getmədiklərini bildirib: "Onlar burada təhsil alırdılar. Uşaqlarımı buradakı təhsilindən məcburən ayırıb, məndən icazəsiz ora aparıb. Onun da (Sevic Osmanqızının – red.) ANS tərəfindən verilən ezamiyyəti başa çatıb. O və uşaqlarım geri qaytarılmalıdır".

Bundan sonra hakim Məzahir Sadıqov ittiham olunan şəxsin ölkə hüdudlarından kənarda olmasını əsas gətirərək onun barəsində məcburi gətirilmə, axtarışa verilmə və ya digər tədbir görülməsi üçün məhkəmə icraatının dayandırması barədə qərar verib.

Həmin qərardan Azər Xəlilov apelyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən baxılması üçün birinci məhkəmə instansiyasına qaytarılıb.

Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

Tarix
2015.03.21 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

SOCAR Ukraynada uzun illərdir ki... - Prezident

2022-ci ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla