Yuxarı

Baxımlı serial niyə erkən final etdi? – Müəllif açıqladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanalın digər seriallarını bilmirəm, amma bizim serialımız heç də yarımçıq qalmayıb, final bölümü yazılıb da, çəkilib də, yayımlanıb da. Reytinqi isə heç vaxt aşağı olmayıb.

Bu sözləri Xəzər TV-də yayımlanan, mətbuatda yarımçıq qaldığı iddia edilən “28 İyun” serialının ssenaristi Gülay Hüseynova Kult.az-a danışarkən deyib. O, serialın reytinqdə ikinci olduğunu bildirib:

“Hər həftə kanal rəhbərliyi tərəfindən mənə reytinq cədvəli göndərilirdi: “28 İyun” serialı reytinqdə ikinci olurdu. Birincilik isə “Cehizsiz gəlinlər”də idi. Bu sahədən, az da olsa, başı çıxan insanlar bilir ki, reytinqi olmayan layihəyə heç bir kanal gündəlik efir təklif etmir. Hələ 3-cü bölümümüz yayımlanan zaman kanal rəhbərliyi tərəfindən mənə serialın həftəlikdən gündəliyə keçirilməsi haqda təklif gəlmişdi. Qəbul etməməyimin tək səbəbi bu idi ki, “28 İyun” serialının ssenarisi orijinal idi, daha öncə xarici ölkələrdə yayımlanan hər hansı bir serialın azərbaycansayağı variantı deyildi. Yəni sıfırdan hekayə və qəhrəmanlar yazırdım. Bütün müəllif hüquqları mənə aid idi. Belə olduğu halda da gündəlik bölüm yazmaq olduqca çətin işdir. Buna fiziki cəhətdən tab gətirə bilməzdim. Erkən final etməyimizin səbəbi Azərbaycanda serial bazarının bərbad vəziyyətdə olmasıdır”.

Tarix
2017.01.27 / 08:30
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla