Türklər tarix səhnəsinə çıxdıqları andan etibarən döyüş alətlərindən istifadə bacarıqları ilə digər xalqlardan hər zaman üstün olublar. Əsrlər boyu dünyaya hökm edən türklər döyüşlərdə hansı silah və döyüş vasitələrindən istifadə ediblər?
Kult.az Musavat.com-a istinadən Türk ordularının istifadə etdiyi, zamanının ən möhtəşəm silah və döyüş vasitələrini təqdim edir:
Temren - ox ucluğu
Temren adı verilən ox ucları müxtəlif ölçü və şəkillərdə olub. Hunlara aid olan bu ox ucluları döyüşlərdə düşməni tək bir həmlə ilə məhv etməkdə əvəzsiz rol oynayıb. Ucluqlar hazırda Ordos muzeyində (Pekin) sərgilənir.
Fitçalan ox ucluğu
Tarixçilər tərəfindən Böyük Hun imperatoru Mete xan tərəfindən icad edildiyi deyilən fit çalan ox, çavuş oxu ya da vızıldayan ox adlarıyla da məşhurdur. Qeyd edilən ox atıldığı zaman fitə bənzər səs çıxartdığı üçün bu adı alıb. Tarixi qaynaqlara görə, oxun çıxardığı səs döyüşlərdə düşmənin əhvalını korlamağa və onların fikrini yayındırmağa hesablanıb. Fotodakı Hunlara aid fitçalan oxlar hazırda Ordos muzeyində (Pekin) sərgilənir.
Dəbilqə yaran oxlar
Tarixin ən köhnə silahlarından olan dəbilqə dələn oxlar türklərin atlı oxatan birliklərinin yaranması ilə eyni zamana təsadüf edir. Fotoda əks olunan bu oxlar Osmanlı imperiyası dövrünə aiddir. Bu Osmanlı oxları hazırda Karlsruhe muzeyində (Almaniya) sərgilənir.
Yay
Yay - Türklərin istifadə etdiyi ən əhəmiyyətli silahlar arasındadır. Tarixə nəzər salan zaman şahid oluruq ki, türklər yay istehsalında o qədər ustalaşbılar ki, digər millətlərin yaylarından 2 qat güclü olan öz yaylarını ixtira ediblər. Türk yayının bu cür güclü olmasındakə sirr digər yaylardan fərqli olaraq bu silahı növünün əksinə, yəni tərsinə qurulmasından qaynaqlanırdı.
Tolqa - Miyfər
Tolqa: Döyüş əsnasında başa gələ biləcək hər cür təhlükədən qorunmaq üçün istifadə edilən dəbilqədir. Fotoda Osmanlı dövlətinin hökmdarı Fateh Sultan Məhmədə aid olan bu dəbilqə hazırda Topqapı Sarayı muzeyində sərgilənir.
Sadaq - Tirkeş
Yay və oxların daşınması üçün istifadə olunan örtüklər.
Kiriş
Yaya ilişən və oxun keçirildiyi ip olan kiriş, at tükündən hazırlanıb. Tarixi qaynaqlara görə, bu döyüş vasitəsi türk ordularında istifadə olunan olduqca mühüm vasitələrdən biridir.
Kəmənd
Yayları qurmaq üçün istifadə olunan kəmərdir.
Qol qoruması - Qolçaq
Oxu atarkən qolu qorumaq üçün istifadə edilən döyüş alətidir.
Zingir - Oxatan üzüyü
Zihgir ox atan zaman yayı çəkmək üçün baş barmağın zədələnməsini əngəlləyən vasitədir. Fotoda Səlcuq dövətinə məxsus türk istehsalı zihgirlər əks edilib.
Navek
Bu döyüş aləti qısa oxların atıcıya zərər vermədən düşmənə atılmasını təmin edən borudan ibarətdir.
Təbəri
Hər iki əl ilə tutmaq üçün istifadə edilən döyüş alətidir. Fotoda 16-17-ci yüzilliyə aid müxtəlif türk istehsalı təbərilər əks olunub.
Yatağan qılınc
Müxtəlif qılınc növləri arasında quruluşundakı əyrilik etibarilə döyüşlərdə digər qılınclardan üstün olan bu silah, türklərin o zamankı ən möhtəşəm icadlarından biridir.
Döyüş baltası
Fotoda 1800-cü illərə aid döyüş baltası əks olunub. Hazırda Topqapı Sarayı muzeyinin silah koleksiyası arasında sərgilənir.
Müxtəlif dövrlərdə istifadə olunan yüngül zirehli və beldə daşına bilən baltalar, dəri zirehlər və nizələr, səlib zirehləri və xəncərlər də tarixi türk silah - sursatlarındandır.