Ən yaxşı roman müəlliflərindən sayılan yazar Qüstav
Flober deyib ki, "Yazarlıq – yazarın inandığını kəşf etmək
sənətidir".
Bütün dünyada olduğu kimi ölkəmizdə də yazarlara hər zaman maraq
var. Jurnalistlərin isə yazarlara olan marağı tam başqadır. Çünki
yazarlarla ən çox jurnalistlər ünsiyyətdə olur. Bəs görəsən,
jurnalistlər daha çox hansı yazarları oxumağa üstünlük verir?
Vaxt çatmır
ATV-nin
aparıcısı Samirə Mustafayeva əsasən, dünya ədəbiyyatına
üstünlük verdiyini bildirdi. Bədii ədəbiyyatla müqayisədə, elmi
ədəbiyyatı daha çox oxuduğunu dedi: "Yerli yazarlardan Elçin
Səfərlinin kitabını alsam da, hələ oxumamışam, çünki vaxtım məhdud
olur. Orxan Fikrətoğlunun sonuncu kitabını da almışam. Vaxtım olan
kimi sırayla hər birini oxuyacam". Samirə Mustafayeva kimliyindən
asılı olmayaraq, hər kəsin mütaliəsinin olmasını vacib sayır.
Xəzər TV-nin
aparıcısı Anar Nəcəfli isə ən çox Müşfiq Xana üstünlük
verdiyini, amma kitab oxumağa elə də çox vaxtı olmadığını
bildirdi.
"Azadlıq"
qəzetinin redaktoru Alı Rzanın fikirlərinə gəlincə, o,
yazarlardan Zümrüd Yağmur, Pərviz Cəbrayılı, şairlərdən isə Səadət
Cahangiri oxuduğunu bildirdi.
ANS televiziyasının
aparıcısı İlkin Kərimov ən çox Aqşin Yenisey, Murad
Köhnəqala, Seymur Baycan, Ramiz Rövşən və Qisməti oxuduğunu dedi.
Teleaparıcıcnın fikrincə, müasir yazarlar gənc olduğundan insan
ruhuna daha yaxındırlar. Onlar gənclərin ruhuna daha çox
işləyirlər. O, ən sonuncu dəfə Aqşinin şeirlərini oxuduğunu
bildirdi.
Hələ bizdə bədii əsər yazmağı öyrənməyiblər
"Simsar.az"
xəbər portalının baş redaktoru Elmar Hüseynovun fikrincə
isə Aqşin Yeniseyin köşələrində hər şey tapmaq mümkündür. O, Aqşin
Yeniseyin insan ruhuna toxunduğunu bacardığını bildirdi. Seymur
Baycanı isə ən güclü köşə yazarlarından hesab edir. "Günel Mövlud
son vaxtlar maarifçi dəst xəttinə keçib ki, çox maraqlı yazır. Mən
Azərbaycanlıların yazdığı bədii əsərləri oxuyub vaxtımı itirmək
istəmirəm. Çünki İsa Hüseynov, Əkrəm Əylisli və Anar bizdə bədii
əsərə öz möhürlərini vurublar. İstər gənc yazarlar olsun, istərsə
də sonrakı nəsillər, hələ də bizdə bədii əsər yazmağı
öyrənməyiblər. Bizdə yazarlar nə təsviri bacarırlar, nə hadisə
qurmağı, nə də maraqlı gediş etməyi... Mənim üçün digər köşə
yazarları o qədər də maraqlı deyil. Ancaq bəzən elə maraqlı köşələr
yazan olur ki... Bu baxımdan Sona Yaqubovonın "Azərbaycansayağı
abırlı kişilər" köşəsini çox bəyəndim".
"Teleqraf"
qəzetinin redaktoru Dilqəm Əhməd isə hazırda çantasında
Yusuf Akçuranın "Xatirələrim" kitabının olduğunu bildirdi. Son
zamanlar isə daha çox memuar ədəbiyyatına üstünlük verdiyini qeyd
etdi.
"Daha öncə eks-prezident Ayaz Mütəllibovun "7
ilin 70 anı" kitabını bitirdim. Bu seriyadan paralel olaraq
M.S.Ordubadinin xatirələrinə başlamışam. Kənan Hacının "Yaddaş
kartı" memuar-romanını alsam da, o hələ növbəsini gözləyir. D.Əhməd
hazırda bu siyahıya Vilayət Quliyevin "Son illərin yazıları" adlı
məqalələr toplusu kitabının da aid olduğunu qeyd etdi. O əsərlərdə
ən çox diqqəti çəkən məqamlara da toxundu. Bildirdi ki,
eks-prezident Ayaz Mütəllibovun AXC hakimiyyəti ilə bağlı, onun
hakimiyyətdən uzaqlaşdırıldığı ərəfədə olan hadisələr barədə
fikirlərində subyektivlik olsa da, gerçəkliklər də mövcuddur.
"Yeni
Müsavat" qəzetinin jurnalisti Aygün Muradxanlı isə Zümrüd
Yağmurun "Allah qayıdır?"əsərindən sonra yerli yazarlardan kimsəni
oxumadıını bildirdi. Jurnalist bildirdi ki, indi o təsəvvüfi
ədəbiyyata daha çox üstünlük verir. Bundan başqa Üzeyir bəy
Hacıbəyovun və Mirzə Cəlilin felyetonlarını oxuduğunu qeyd
etdi.
Aqşin köhnə yazılarını təzə kimi sırımasa…
"Qafqazinfo"
xəbər portalının direktoru Elbrus Ərud
yerli yazarlardan ən çox Seymur Baycan və Əkrəm Əylislini oxuduğunu
bildirdi: "Kim nə yazırsa, oxuyuram. İstedadlı uşaqlardan Aqşinin
şeir kitabını oxumuşam. Aqşinin yazdıqlarının hamısını sevirəm,
amma köhnə yazılarını təzə kimi sırımasa…