Yuxarı

ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti təlimlərə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti təlimlərə başladı

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ADY-nin müxtəlif sahələrində çalışan işçilər üçün birgə təlimlərə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata əsasən, təlimlərin keçirilməsində məqsəd ADY-də çalışan əməkdaşların əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsizlik mədəniyyətinin artırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsidir.

Proqram çərçivəsində keçirilən təlimlər nəzəri və praktiki hissələrdən ibarətdir. DƏMX-nin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları barədə ətraflı məlumat veriblər.

Təlimin praktiki hissəsi isə ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin əməkdaşları tərəfindən keçirilib və bu mərhələdə yanğından mühafizə zamanı davranış qaydaları nümayiş etdirilib.

Təlimdə 100-ə yaxın ADY əməkdaşı iştirak edib.

Qeyd edək ki, gələcək mərhələlərdə ADY və Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən müəssisələrdə metodiki dəstəyin davam etdirilməsi, zəruri hallarda işçilərin birbaşa təlimatlandırılması və SƏTƏM ixtisas tələblərinə uyğun maarifləndirici tədbirlərin təşkili planlaşdırılır.

Tarix
2025.10.27 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

Bu iclas ya Bakıda, ya da İrəvanda olacaq - Mirzoyan

İrəvan və Tehran sadələşdirilmiş gömrük dəhlizi yaradır

Əliyev və Ərdoğan İrəvana dəvət olundu

Mehdiyev Rusiyaya məktubunda nə yazıb? - Tam mətn

Prezident yeni səfirlər təyin etdi

İlham Əliyev bu səfirləri geri çağırdı

Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - Fotofakt

BƏƏ generalı Azərbaycanda səfərdədir - Foto

Mehdiyev işi: İstintaqa elə bir dosye təqdim olundu ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla