Yuxarı

Quran nə deyir: Yer düzdür, yoxsa... - Hacı Şahin

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimali Karolina ştatında dünyanın düz olduğunu iddia edən bir qrup şəxsin iştirakı ilə toplantı keçirilib. Toplantıda “NASA və digər Kosmik yalanlar”, “Elmi yolla düz dünya”, “Elmin yayılmış yalanlarına inanmaq” və s. kimi tezislərlə dünyanın düz olduğu iddia edilib.

Məsələ ilə bağlı Kult.az-a danışan ilahiyyatçı Hacı Şahin bildirib ki, çağdaş dünyada bu haqda müzakirə aparmaq gülüncdür:

“Müasir mədəniyyətin, xüsusilə postmodernizmin formalaşdırdığı eklektizm, total konspirologiya axtarışı, elmi subyektivizm absurd fikirlərin səslənməsinə səbəb olur. Üstəlik, informasiya mühitinin də şou və komediya meydanına çevirilməsi belə absurd düşüncələri tirajlayır”.

Quranda dünyanın düz olması ilə bağlı yazılanlar haqda danışan Hacı Şahin qeyd edib ki, bununla elm məşğul olmalıdır:

“Dünyamız o qədər maddiləşib ki, dini də maddi qəliblərə salmaq istəyirik. Allahın kitabı fizika dərsliyi deyil ki, maddi aləmin qanunauyğunluqlarını detallı şəkildə tədris etsin. Dinin vəzifəsi bioloq, astronom yetişdirmək deyil. Din insanı xoşbəxtliyə, təfəkkürə, refleksiyaya yönəldir. Qalan mövzular elmin məşğul olmalı olduğu haşiyədir. Elmin möhkəm dəlillərlə sübuta yetirdiyi məlumatı din də təsdiq edir”.

Tarix
2017.11.21 / 08:45
Müəllif
Ömər Xəyyam
Digər xəbərlər

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Bu ölkədə səfirliyimiz açıldı, nazir iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla