Yuxarı

Gürcüstanın idman naziri Azərbaycana gələcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın idman naziri Azərbaycana gələcək

Gürcüstanın idman naziri Şalva Qoqoladze Azərbaycan Parlamentinin üzvlərini qəbul edib və iki ölkə arasında idman sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

Axar.az Report-a istinadla xəbər verir ki, Qoqoladze görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, yaxın zamanda onun xaricə ilk rəsmi səfəri Azərbaycana olacaq.

Səfər zamanı azərbaycanlı həmkarı ilə bir sıra yeni layihələr müzakirə ediləcək ki, bu layihələr hər iki dövlət və xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Qoqoladze vurğulayıb ki, son illərdə Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib və bu sahədə böyük təcrübəyə malikdir.

O, həmçinin qeyd edib ki, azərbaycanlı idmançılar müxtəlif idman növləri üzrə Gürcüstana gəlir, gürcü idmançıları isə Azərbaycanda yarışlarda iştirak edir. Münasibətlərin və əməkdaşlığın daha da dərinləşməsi üçün belə görüşlərin sayının artırılması vacibdir.

Nazir əlavə edib ki, tez-tez keçirilən görüşlər iki dost və qardaş xalq arasında daha sıx əlaqələr yaratmağa xidmət edir.

Tarix
2025.06.03 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla