Yuxarı

Türkiyə İŞİD-ə qarşı savaşa nədən razılıq verib? - Ekspert

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə İŞİD-ə qarşı savaşa nədən razılıq verib? - Ekspert

"Ola bilsin ki, razılıq əldə edilən zaman Əsədin devrilməsi şərti də Ərdoğan höküməti tərəfindən irəli sürülüb".

Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb araşdırmalar mərkəzinin başçısı Ərəstun Oruclu ABŞ Müdafiə Nazirliyi rəsmilərinin İŞİD-ə qarşı hava əməliyyatlarında Türkiyə ərazilərindən istifadə ediləcəyi ilə bağlı Asoşieyted Press Agentliyinin yaydığı məlumatı şərh edərkən deyib.

Ə. Oruclu bildirib ki, Türkiyənin bu addımı atmasının səbəbi bölgədəki maraqlarından irəli gəlir və belə etməsə, bölgədə kürd dövləti yaradıla bilər:

"Görünür, Türkiyəyə anlatdılar ki, razılığa gəlsə, bölgədəki maraqları təmin olunacaq. Yox əgər razılaşmasa, İraqda kürd dövləti yaranacaq, İncirlik bazası oraya köçürüləcək və Türkiyə bölgəsəl proseslərdən kənarda saxlanılacaq".

Siyasi təhlilçi rəsmi Ankaranın bu addım ilə bölgədə söz sahibi olan ölkə statusunu qorumaqla bərabər həm də Türkiyə tərəfinin etdiyi risklərin heç də az olmadığını vurğulayıb:

"Məncə, bu müqavilə Türkiyənin bölgədə söz sahibi dövlət olmaq maraqlarına cavab verir. Baxmayaraq ki, bu addımı atarkən Türkiyənin riskləri də az deyil".

Tarix
2014.10.13 / 10:33
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla