Yuxarı

Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video

Yolu təmir adı ilə qazdılar, amma heç bir iş görmədilər...

Axar.az xəbər verir ki, bu şikayətlə paytaxtın Nəsimi rayonu Ruslan Cəfərov küçəsində yerləşən "Delfin Park Yaşayış Kompleksi"nin sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər.

Bina sakinləri bildirirlər ki, yaxınlıqda yerləşən ''Capital City'' yaşayış kompleksinin rəhbərliyi tərəfindən ərazidə rahat, təmirli geniş və müasir yolun çəkilməsi barədə vəd verilib və sakinlərin istifadə etdiyi yolun asfalt qatı dağıdılıb. İşlərin 1 həftə ərzində başa çatdırılacağı bildirilsə də, sakinlər 3 aya yaxındır gözləyirlər.

Sakinlər deyirlər ki, dəfələrlə şikayətlərini bildirsələr də, onlara təmirlə bağlı hər dəfə müxtəlif vaxtlar bildirilib.

Sakinlərin şikayəti ilə bağlı "Capital City" yaşayış kompleksinin rəsmisi Kamil Məmmədov vurğulayıb ki, bir həftə ərzində sakinlərin problemi öz həllini tapacaq. Şirkət təmir işlərini başa çatdıraraq bina sakinlərini daha səliqəli və asfaltlanmış yolla təmin edəcək.

Tarix
2026.07.29 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla