Yuxarı

Ruslar hədəfləri təsadüfi seçirlər - DS

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar hədəfləri təsadüfi seçirlər - DS

Rusiya qoşunları tədricən əsas səylərini Slavyansk–Kramatorsk istiqamətinə yönəldir və yeni hücumlara yaşayış məntəqələrini məhv etməklə hazırlığa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “DeepState” (DS) analitikləri məlumat veriblər.

Onların sözlərinə görə, Ukrayna ordusu üçün yeni əsas çağırış texnologiyalardır. Çünki ukraynalı hərbçilər çox sayda Rusiya hərbçisini məhv etməyə nail olurlar.

Bildirilir ki, Slavyansk və Kramatorsk şəhərləri davamlı olaraq KAB idarəolunan aviasiya bombaları, reaktiv yaylım atəşi sistemləri (RYAS), "Şahid" pilotsuz uçuş aparatları və FPV-dronlarla vurulur. FPV-dronlar şəhər küçələrində uçaraq insanları və avtomobilləri hədəfə alır, hədəfləri isə təsadüfi seçirlər.

"Gecələr partlayışlar demək olar ki, səngimir. Xüsusilə də düşmənin reaktiv yaylım atəş sistemlərindən istifadə etməsi nəticəsində şəhərlər tədricən xarabalığa çevrilir", – deyə məlumatda bildirilib.

Tarix
2026.07.29 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla