Yuxarı

Keçid ballarında dəyişiklik olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçid ballarında dəyişiklik olacaq?

Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:

"Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişikliklər gözlənilmir. Yalnız müəyyən ixtisaslarda keçid ballarına uyğun kiçik dəyişikliklər ola bilər".

Aparat rəhbəri əlavə edib ki, sərgi çərçivəsində ənənəvi olaraq psixoloji testlər də təşkil olunacaq:

"Adətən, bu xidmət ödənişlidir, lakin sərgi keçirilən üç gün ərzində abituriyentlər peşə seçimi ilə bağlı psixoloji testlərdən ödənişsiz istifadə edə biləcəklər. Bundan əlavə, psixoloji dəstək xidməti də fəaliyyət göstərəcək. Psixoloqlar abituriyentlərlə görüşərək onlara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcəklər".

Tarix
2026.07.29 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla