Yuxarı

Allaha məktub

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allaha məktub

İlahi, günahlarını bağışla bu millətin

Yurdun çalan düşmənə düşmən tək baxmır, qorxu adlı zəlini içindən atmır, içindəki qeyrəti, qanı oyatmır, daha qara qılınca əlləri çatmır, sən verən torpaqları da qoruyammır... İlahi, günahlarını bağışla bu millətin!

Dərd çəkir hey, torpaq qeyrəti çəkəmmir. Dahisinin qədrini zamanında biləmmir. Alana "dur!", verənə "yetər!" deyəmmir. Bədbəxt Arazdan da O taya keçəmmir, dostu kim, düşməni kim, hələ də seçəmmir...
İlahi, günahlarını bağışla bu millətin!

Bölünüb bölüm-bölüm, xırdalananda, haramı seçib yalana əl çalanda, çiyni əyiləndə, ikiqat olanda, yalanlar önündə səssizcə qalanda, dilini, adını, tarixin dananda... İlahi, günahlarını bağışla bu millətin.

Qəlbi elə böyük, elə genişdi ki, düşmənə gərəkən cavabı vermədi! Gələn yadlara yerini göstərmədi! Uzanan xain əlləri kəsmədi! Tarixinə sahib çıxa bilmədi... İlahi, günalarını bağışla bu millətin!

Yol gözlər Dərbənd, Borçalı, Təbrizimiz. Düşmən əlindədir İrəvan, Göyçəmiz, Qarabağımız, Laçın-Kəlbəcərimiz. Ayaqlar altında tapdanır şərəfimiz! Sədəqəyə uzananda əllərimiz... İlahi, günahlarını bağışla bu millətin!

Milləti şəhər, küçə, ev-evmi böldük? Ərəndən qorxağa, yaltağamı döndük? Biri buraxıb, min-min dəfəmi öldük? Yad düşməni qoyub qardaşımı döydük?! Qələm alan kimi özümüzü söydük... İlahi, günahlarını bağışla bu millətin!

Dua etmədi, cadular yazdı mollası. Evlər yıxdı neçə oğul-qız anası. Yad qızı xanım etdi oğul balası, girov getdi öz qızı, ana-bacısı. Hərraca da çıxdı eli, yurd-yuvası... İlahi, günahlarını bağışla bu millətin!

Varmı öz içində bu qədər döyünən, adını unudub yad rənglə öyünən, qırınca qırılıb, itirincə itən, "Şərəfim ver" deyə, yad qapısı döyən?! Varmı bizim qədər torpağı bölünən?! İlahi, günahlarını bağışla bu millətin!
Günahların bağışla, bağışla bu millətin...

Tarix
2013.10.18 / 18:50
Müəllif
Aygün Həsənoğlu
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla