Yuxarı

Baş redaktor Türkiyə universitetinin məzunu oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktor Türkiyə universitetinin məzunu oldu

Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov Türkiyənin Mərmərə Universitetinin Jurnalistika fakültəsinin Media iqtisadiyyatı və idarəedilməsi bölümünün magistr dərəcəsindən məzun olub.

Kult.az xəbər verir ki, universitetin sözügedən bölüm üzrə ilk azərbaycanlı məzunu olan Ə.Ağalarov "Xəbər agentliklərinin ictimai rəyə təsir funksiyaları: Azərbaycan və Türkiyənin dövlət xəbər agentliklərinin müqayisəsi” başlıqlı elmi işi müdafiə edib.

“Media iqtisadiyyatı sahəsində təcrübəli jurnalistlərimiz çox olsa da, ixtisaslı jurnalistlərimiz təəssüf ki, yoxdur. Məhz boşluğu nəzərə alaraq təhsilimi bu yöndə almaq qərarına gəldim. Müdafiə etdiyim mövzu Azərbaycanın dövlət xəbər agentliyi olan Azərtac-la, Türkiyənin dövlət xəbər agentliyi "Anadolu”nun tarixi, bu günü, iqtisadi vəziyyəti, xəbər strategiyası, spesifik xüsusiyyətlərinin təhlili idi. Eyni zamanda müasir dövrdə dövlət xəbər agentlikləri həm də dövlətin əsas informasiya savaşçılarından biridir. Xəbər istehsalçısı olaraq bu agentliklərin dövlətin informasiya siyasətində hansı mövqedə durduqlarını 3 ana movzu ilə təhlil etdik. Araşdırmam müasir dünyamızda əsas xəbər başlığına çevrilən ABŞ-da prezident seçkiləri, Breksit və Krım hadisələrini özündə birləşdirdi. Bu araşdırmada iki xəbər agentliyinin sözügedən 3 mövzu ətrafındakı xəbər siyasəti və bu xəbər siyasətində dövlətin siyasi rolunu analiz etdik. Düşünürəm ki, uğurla nəticələnən bu araşdırma gələcəkdə jurnalistika fakültələrində oxuyan tələbələr üçün qaynaqlardan biri olacaq”, - Ə.Ağalarov deyib.

Jurnalistin sözlərinə görə, o yaxın gələcəkdə bu elmi işi Azərbaycan dilinə tərcümə edərək Jurnalistika fakültələrinə təqdim edəcək.

Tarix
2019.06.21 / 22:03
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla