Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2019


Nazir “Gənc liderlər məktəbi”nin üzvləri ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-da Milli Kitabxanada Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Gənc liderlər məktəbi”nin ölkənin tanınmış ictimai və dövlət xadimləri – gənc yaşlarından liderlik, təşkilatçılıq bacarıqları qiymətləndirilərək yüksək vəzifələrdə çalışmış insanlarla görüşlər silsiləsindən ilk tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, “Gənc liderlər məktəbi”nin üzvləri Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüblər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, ilk görüş “Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr edilir.

Sonra Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, 25 il əvvəl ulu öndər onu yanına çağıraraq gənclər və idman naziri təyin edəcəyini bildirəndə gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi.

Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açan nazir vurğulayıb ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edirdi.

Bildirilib ki, Heydər Əliyev mədəniyyətimizə və milli irsimizə xüsusilə həssas və qayğıkeş münasibət bəsləyirdi. Mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və üçün mümkün olan hər şeyi edirdi:

“Bu gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, təsviri sənətimiz, xalça sənətimiz, mədəniyyətimizin bütün sahələri bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib”.

Nazir qeyd etdi ki, müasir dövrümüzdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində gənclərin iştirakının gerçəkləşdirilməsi, eyni zamanda onlara dövlət qayğısının artırılmasını təmin etmək məqsədilə sərəncamlar imzalayıb.

Əbülfəs Qarayev çıxışı zamanı Mədəniyyət Nazirliyinin gənclər siyasətindən də söz açıb. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verilib. Vurğulanıb ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək gərəkdir.

Nazir gənc liderlərə tövsiyələrini də verdi. Görüş gənclərin ünvanladığı suallara cavablar və müzakirələrlə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2019.06.26 / 17:47
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

İnformasiya üzərində monopoliya bitdi... - Professor

Rüfət Axundova efir qadağası götürüldü

Mehriban Əliyevadan xalq artistinə dəstək

Məşhur şairin ev muzeyində ruhlar dolaşır - Şok görüntü

Bunun dünyaya təqdim olunması... - Kamal Abdulla

Ermənilər gürcü kilsəsini tövləyə çevirdi - Foto

Çərkəz Qurbanlının böhtan atılan qızı hər şeyi açıqladı

Əbülfəs Qarayev bu əyalətin baş naziri ilə görüşdü - Foto

Azərbaycanda istirahət günü cümə imiş... – Cədvəl

Satanist Daşanın Bakıda çağırdığı ruh nələr dedi?

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla