Yuxarı

Növbəti erməni həyasızlığı: Behbudovu da… - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti erməni həyasızlığı: Behbudovu da… - Video

Dünən – iyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarşıdurması baş verib.

Kult.az xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat yayıb. O bildirib ki, Ermənistanı təmsil edən “Qafqaz" rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan “Köçəri" və Rəşid Behbudovun ifasında məşhurlaşan “Gözəlim sənsən” xalq mahnısını ifa ediblər:

“Bu xalq mahnılarımızı ifa edərkən tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar Azərbaycan bayrağını qaldıraraq, yüksək səslə rus dilində: “Bu Azərbaycan mahnısıdır, ar olsun sizə!" deyirdilər. Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırdılar. Yerlərdən səs-küy salan bir qrup erməni qadın isə öz saxta tarixləri ilə azərbaycanlılara "dərs" verməklə yanaşı, həm də təhqir etməyə başladılar. Onlar: “Eybecərlər, axmaqlar! Bizim 300 min illik tarıxımız olanda siz hardaydınız?" deyə qışqırırdılar. Bununla da qarşıdurma başlandı. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəldi. Azərbaycanlıların bir neçəsi saxlanıldı, qalanı isə qaçaraq aradan çıxdı”.

Tarix
2019.07.15 / 14:48
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Birinci dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir

Küveytdən İranın Naxçıvana hücumuna reaksiya

Məndən başqa heç kim İran üçün bunu etməyib - Prezident

Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident

İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev

Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev

Prezident İranın hücumunu terror aktı adlandırdı

İranın hücumu: İlham Əliyev təcili iclas keçirdi

İranın Naxçıvan hücumu nə vaxt hazırlanıb? - Detallar

Azərbaycana hücumu onlar edib - İran ordusu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla