Yuxarı

Nazir müavini Piotrovski ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini Piotrovski ilə görüşdü - Foto

2019-cu ilin 17 noyabr tarixində VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajının direktoru Mixail Piotrovski arasında görüş keçirilib.

Kult.az xəbər verir ki, görüş zamanı Sevda Məmmədəliyeva Dövlət Ermitajının baş gərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumunun əsas tədbirlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu qeyd edib, ölkələrimiz arasında çoxşaxəli mədəni əlaqələrin son zamanlarda dərinləşməsinin hər iki ölkənin muzeyləri arasında sıx əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsi və mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsinə müsbət təsir edəcəyindən əminliyini ifadə edib.

Sevda Məmmədəliyeva 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” fəxri statusunda iştirak edəcəyini vurğulayaraq, növbəti il üçün rəngarəng tədbirlər planının hazırlanması və silsilə tədbirlərin keçirilməsində Dövlət Ermitajı ilə əməkdaşlığın töhfə verəcəyini və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına şərait yaradacığını bildirib.

Dövlət Ermitajının direktoru öz növbəsində nazir müavinini salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib, ortaq mənəvi dəyərlərə malik Azərbaycan və Rusiya arasında qarşılıqlı mədəni əlaqələrin gücləndiyini vurğulayıb.

M.Piotrovski 2017-ci ildə Bakı şəhərində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını qeyd edib və səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib. O, ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək niyyətində olduğunu və Azərbaycanın 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində həyata keçirəcəyi layihələrlə bağlı dəstək verilməsinə hazır olduğunu qeyd edib.

Görüş ikitərəfli münasibətlər zəminində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizə aid tədbirlər planı ətrafında müzakirələrlə davam edib.

Həmin günün sonunda Sevda Məmmədəliyavanın rəhbərliyi altında nümayəndə heyəti “Şəxsi muzeylər” mövzusuna həsr olunmuş diskussiya panelində iştirak edib. Diskussiya panelinin əsas spikerləri arasında Suad Qarayeva-Maleki “Yarat” Müasir İncəsənət Məkanına aid geniş təqdimat keçirmiş və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tarix
2019.11.18 / 20:16
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla