Yuxarı

İki “Xaç” ordenli, Nobelə ilk namizədimiz: 10 fakt - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki “Xaç” ordenli, Nobelə ilk namizədimiz: 10 fakt - Video

2019.12.04 12:27

Bu gün xalq yazıçısı, tanınmış alim, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın (4 dekabr 1950, Bakı) doğum günüdür.

Kult.az Kamal Abdulla ilə bağlı 10 maraqlı faktı təqdim edir:

1. Kamal Abdulla yaradıcılığa şeirlə başlayıb, lakin sonradan yazıçı kimi məşhurlaşıb.

2. O, 80-ci illərdə “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin aparıcısı kimi fəaliyyət göstərib.

3. 2000-ci ildə yaradılan Bakı Slavyan Universitetinin ilk rektoru olub.

4. 2009-cu ildə Polşa Prezidenti Lex Kaçinski onu “Böyük Xaç” kavaler ordeni, 2019-cu ildə isə Macarıstan Prezidenti Yanoş Aderin “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif edib.

5. Kamal Abdulla 2012-ci ildə Nobel mükafatına namizəd olub. Nobel Komissiyası ilk dəfə olaraq Azərbaycandan ünvanlanan müraciətə müsbət cavab verib və Kamal Abdullanın quruma təqdim edilən “Yarımçıq əlyazma” romanı namizəd olaraq qeydə alıb.

6. O, 2014-cü ildə dövrünün ən məşhur yazıçılarından hesab edilən Umberto Eko ilə görüşüb. Eko Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını yüksək qiymətləndirib.

7. K.Abdulla “Platon, deyəsən, xəstələnib...” hekayələr kitabına görə Rusiyanın ədəbiyyat üzrə ən yüksək mükafatı “Qızıl Delviq”ə layiq görülüb.

8. Tanınmış yazıçının əsərləri dünyanın 20-dən çox ölkəsində tərcümə edilərək nəşr olunub.

9. 2019-cu ildə keçirilən sorğuda xalq yazıçısı Kamal Abdulla ölkə üzrə “ilin ən yaxşı rektoru” seçilib.

10. Kamal Abdulla böyük ziyalı nəslini təmsil edir: Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi Əli Sultanlı, görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoq Rza Təhmasib, folklorşünas alim Məmmədhüseyn Təhmasib, alim, pedaqoq Cəmilə Təhmasib, bundan başqa, dilçilik və riyaziyyat üzrə mərhum akademiklər Azərbaycanın məşhur dilçi alimi Ağamusa Axundov və tanınmış riyaziyyatçı alim Yəhya Məmmədov da xalq yazıçısı Kamal Abdullanın yaxın qohumudur.

Tarix
2020.12.04 / 10:46
Müəllif
Aqşin
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla