Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 İyul 2020


Alim Qasımovdan üzr istəyə bilərəm - Türkiyəli aparıcı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl türkiyəli aparıcı Okan Bayülgənin "Muhabbet Kralı" verilişində qonaq olarkən Xalq artisti Azərinin aparıcıya "Azəri deməyin, Azərbaycan türkcəsi deyin" sözləri müzakirə mövzusuna çevrilmişdi.

Kult.az SİA-ya istinadən xəbər verir ki, O. Bayülgən "Okan Bayülgen ile uykusuzlar kulübü" verilişində məsələyə belə aydınlıq gətirib:

"Bir məlumat çatdırmaq istəyirəm. Üzr deyil bu, sadəcə bildirirəm. Azərbaycan türkləri ilə iki veriliş təqdim etdik. Həm mən müxtəlif məlumatlar aldım, həm də izləyicilərimiz razı qaldılar. Bir çox gerçəklər aydınlığa çıxdı. Dəyərli sənətçi Azərin xanıma ard-arda məlumatlar əldə etmək üçün suallar verdim. Nə üçün azəri deyilməməlidir, Azərbaycan türkü deyilməli olduğunu ondan öyrəndim. Məni və izləyicilərimizi məlumatlandırmaq üçün sualları ünvanladım. Ancaq mediada çıxan xəbərlər belədir "Okana sillə kimi cavab". Axı mən sual verdim!".

Aparıcı daha sonra Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın verilişdə qonaq olduğu zaman yaşanan anlaşılmazlığa aydınlıq gətirib:

"Azərbaycanın milli xəzinəsi olaraq qəbul edilən çox böyük bir sənətçi Alim Qasımovu və dəyərli Fərqanə Qasımovanı qonaq olaraq dəvət etdim. Verilişdə ilk olaraq onların ifalarını dinlədik, gözlərimizdən yaşlar axdı. Mən də o səsləndirmələr içərisində gördüyüm bir detalı sual verdim. "Siz çox özəl sənətçisiniz və yanınızda dəyərli sənətçi qızınız var. Nə qızınıza güzəşt edirsiniz, nə də yanınızda olan musiqiçilərə". Sadəcə, mən o sözü çox diqqətli şəkildə türk sözləri ilə ifadə edərək dedim. Alim bəy təəccübləndi, mən də digər qonaqlar da başa düşmədik. Nə demək istədiyimi sual verdi, biz də açıqladıq. "Yaxşı" dedi. Veriliş sona çatdı, biz şəkillər çəkdirdik. Məlum oldu ki, o sözün başqa bir mənası var imiş. Mən güzəştə getmək demək yerinə türk dilində bu ifadəni söyləmişdim. İndi Azərbaycanda deyirlər ki, "efirdə bu sözü necə deyə bilər". Bu əslində iki mədəniyyət arasındakı fərq deməyim, bəzi sözlərin hansı ifadə ilə dəyişildiyini bilmirik. Həm diplomatik, həm də mədəni münasibətlərdə bu fərqlər ortaya çıxır. Biz də bir şey başa düşmədik, bilsəydik yayımdan o hissəni kəsərdik. Daha sonra da bizə bunu bildirmədilər ki, "bunu necə deyə bilərsiz". Biz bilsək o hissəni yayımlamazdıq.

Daha sonra Bakıdan tanıdığım azərbaycanlı dostlarım dedilər ki, "bunu demisən, amma təhlükəli sözdür". Təbii ki, qızlarımızdan mən bu şəkildə danışa bilmərəm. Bunlar bir yerdə öyrəndiyimiz mədəni fərqlərdir. Elə bir niyyətim ola bilməz. Əgər üzr istəmək lazımdırsa, diləyə bilərəm. Amma mən burada üzr istənəcək bir şey görmürəm. Sadəcə, bu mədəni fərqi açıqlamaq istədim".

Tarix
2020.01.12 / 23:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

2500 illik cinayət: Qazıntı zamanı tapıldı...

Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşdü

Vasif Talıbov 2 şagirdə xüsusi təqaüd verdi - Sərəncam

Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edildi

Koronadan xilas üçün bu ət lazımdır...

Bakıda koronadan daha dəhşətli virus...

TƏBİB koronaya yoluxmuş alimi nəzarətə götürdü

Nazarbayev Əkbər Qoşalını təltif etdi

Bakı ilə Ankara arasında birgə yayım olacaq

İlham Əliyev Əmir Pəhləvana ev bağışladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla