Yuxarı

Dünyanı yeni “epidemiya” bürüdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanı yeni “epidemiya” bürüdü

Xüsusi şəkildə silahlanmış koronavirus dünyanı işğal etməkdə davam edir: Avropa bu virusa təslim olub, Çin “antiterror əməliyyatı” keçirir, biz isə hələ ki döyüşürük.

Bütün bu koronasavaşın fonunda dünyanı yeni “epidemiya” bürüyüb – “koronavirusun dərmanı tapıldı!” xəbəri.

Dünya media orqanları bu günlərdə koronanın peyvəndinin tapılması ilə bağlı xəbərləri tirajlayır.

Məsələn, Çin deyir, koronanın dərmanını tapmışıq, 4 günə sağaldır.

ABŞ deyir, peyvəndi sınaqdan keçirdik, az müddətə hazır olacaq.

Başqa bir ölkə deyir, peyvənd hazırdır, yoldadır, gəlir.

O birisi deyir, vallah, peyvənd burda idi, işi vardı, indicə çıxdı, gözləyin gələcək.

Məxləs, indi də dünyanı korona əleyhinə dərmanın tapılması informasiyası bürüyüb.

Təbii, bu xəbərlər insanlarda nikbinlik yaradır, onlara ümid verir. Ancaq mənfi tərəfi də var: bəzi məlumatsız şəxslərdə bir rahatlıq müşahidə olunur. Onlar deyir ki, əşşi, onsuz da dərmanını tapıblar artıq, heç nə olan deyil.

Digər tərəfdən, insanlar tezliklə başa düşəcəklər ki, peyvəndin tapılması xəbərləri, sadəcə, baş aldatmağa, insanları sakitləşdirməyə və yaxud “peyvəndi mən tapdım”a və perspektiv qazanca hesablanmış informasiyadır. Bax, bu zaman mənəvi böhran daha da dərinləşəcək.

Əgər doğrudan da peyvənd tapılıbsa, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı konkret bəyanat yayar və ya yaymalıdır. Hələ ki, ortada belə bir bəyanat yoxdur.

Buna görə də belə xəbərlərdən çox şəxsi gigiyenamıza diqqət etməli, narahatlıq hiss edərkən dərhal həkim çağırmalıyıq.

Hələ ki koronavirusla müharibədə əlimizdə bundan güclü silah yoxdur.

Tarix
2020.03.18 / 12:31
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla