Yuxarı

Qalib gəldi, amma “Avroviziya”dan imtina etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalib gəldi, amma “Avroviziya”dan imtina etdi

Almaniyada seçim turunun qalibi olan müğənni Andreas Kümmert Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək 60-cı "Avroviziya" musiqi yarışmasına getməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Hannoverdə təşkil edilən və Almaniya birinci televiziya kanalı ARD vasitəsi ilə yayımlanan seçim turunda "Ev mənim əllərimdədir" ("Home is in my hands") mahnısı ilə finala yüksələn və finalda tamaşaçıların dəstəyi sayəsində birinci olaraq Vyana biletini alan Kümmert yarışmada iştirak etmək istəməməsinin səbəbini açıqlamayıb.

Tamaşaçılara dəstəklərinə görə təşəkkür edən və seçim turunda ikinci yerə sahib olan Ann Sofinin bu yarışda iştirak etmək üçün daha münasib olduğunu söyləyən müğənninin qərarını nə aparıcı, nə də salonda olan tamaşaçılar dəyişə bilib: "Mən həqiqətən də bu seçimi qəbul edəcək halda deyiləm".

Müğənninin bu qərarı çoxları tərəfindən tənqid olunub. Beləliklə, may ayında Avstriyada təşkil olunacaq "Avroviziya" musiqi yarışmasında Almaniyanı 24 yaşlı Ann Sofi təmsil edəcək.

Xatırladaq ki, Almaniya 1982-ci və 2010-cu illərdə bu yarışın qalibi olub.

Tarix
2015.03.06 / 16:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla