Niyə başqa tarixdə yox, məhz 1 apreldə adamlar
bir-birilə zarafat edir? İnternetdə oxuduğumuz məlumatlar həqiqətə
nə qədər uyğundur?
Axar.az 1 aprel – Gülüş günü haqqında müxtəlif mədəniyyət, inanc
və dillərdə fərqli əfsanə və rəvayətləri təqdim edir.
1 aprel zarafatının fransızlar üçün tarixi
Roma imperatoru Sezar eramızdan əvvəl təqvimin başlanğıcını
yanvar ayı kimi elan etdisə də, ondan sonra uzun müddət – 16-cı
əsrin ortalarına qədər yeni il Avropada baharın başlanğıcı hesab
olunan mart ayının 25-də başladı.
1610 il sonra, 1564-cü idə Fransa kralı 9-cu Karl təqvimi
dəyişdirərək ilin başlanğıcını yanvar ayının 1-ci günü elan etdi.
Bəzi adamların bundan xəbəri olmadığına görə köhnə adətləri üzrə
aprelin 1-ni yeni il kimi qeyd etmiş, bir-birinə hədiyyələr almış,
yeni təqvimdən xəbərdar olub qəbul edənlər isə onları "1 aprel
axmaqları" adlandırmışdılar. 1 aprel o vaxtdan "Bütün axmaqların
günü" adlanıb. O hadisədən sonra hər ilin həmin günü adamlar
bir-birinə sürpriz hədiyyələr verməyə, baş tutmayacaq qonaqlıqlara
dəvət etməyə və yalan məlumatlar yaymağa başlayıblar.
İllər sonra təqvim düzəldikdən – 1 yanvar yeni ilin ilk günü
elan olduqdan sonra fransızlar 1 apreli öz mədəniyyətlərinin bir
parçası olaraq görməyə başladılar və bu ənənəni inkişaf etdirdilər.
1 aprel zarafatının İngiltərəyə çatması isə 200 il vaxt aldı.
Oradan da Amerikaya və bütün dünyaya yayıldı.
Fransızların "Aprel balığı" anlayışı
Aprelin 1-i ilə əlaqədar fransızların bir də "Aprel balığı"
anlayışı var. Fransada bu ay müddətində balıq qadağan olunur. Çünki
bu ay balıqların çoxalma mövsümüdür. Aprelin 1-i günü
zəhlətökənliyi sevən bir qrup şəxs balıqçıları aldatmaq üçün "Aprel
balığı" – deyə bağıraraq çaylara quru siyənək balıqları atmış və
zarafat da buradan başlamışdı.
Müsəlmanlara görə 1 aprelin tarixi
15-ci əsrin sonlarında səlibçilər Əndəlüs müsəlmanlarının son
qalasını mühasirəyə alır. Uzun müddət mühasirədə qalmasına
baxmayaraq, qala qorunur. Vəziyyətin çətin olduğunu görən
səlibçilərin rəhbəri fərqli taktikalar fikirləşir. 31 mart gecəsi
qalanın qarşısına keçərək bir əlində Quran, bir əlində İncil "Bu
iki kitaba and içirəm ki, bu axşam təslim olsanız, sizə heç nə
etməyəcəyəm", – deyir. Canlarının qurtarılması qarşılığında
müsəlmanlar qalanı tərk edir. 1 aprel sabahı səlibçilərin komandiri
bütün müsəlmanları qırmaq əmri verir. Müsəlmanlar "and içmişdiniz,
bizə söz vermişdiniz" deyəndə komandir "Mənim sözüm sizə dünən
axşam üçün idi, bu gün üçün sizə sözüm yoxdur", – deyə cavab verir
və bütün müsəlmanları qırır. Həmin hadisədən etibarən 1 apreli
müsəlmanlar "hiylə günü" adlandırır.
Nəticə etibarilə, 1 aprelin əhəmiyyəti mədəniyyətlərə görə
dəyişir. Xristianlar üçün "Zarafat günü" kimi bilinən "1 aprel"
müsəlmanlar üçün "hiylə günü" kimi qəbul edildi.
Digər ölkələrdə...
1 aprel günü Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya
daxil olmaqla dünyanın çox yerində məşhur gündür. Bu gün haqqında
bir əfsanə də "Pagan mədəniyyəti"ndə 1 apreldə qeyd olunan Fous
bayramıdır. Antik Romada "Hilarya" adlı bir bayram da keçirilir.
Hindistanda isə bu bayram 31 martda "Holi" adı ilə qeyd olunur.
İngiltərədə 1 aprel "Fool’s day" ("Axmaqlar günü") adı ilə
tanınır.