Yuxarı

Bütün Azərbaycan filmləri bir ünvanda – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün Azərbaycan filmləri bir ünvanda – Foto

Azərbaycanın bütün filmlərinin toplanacağı yeni sayt fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, yeni yaradılan saytda Azərbaycan filmləri ilə yanaşı dilimizə tərcümə olunmuş xarici filmlər də toplanacaq.

"azerikino.com" adlanan sayta hazırda 200-ə yaxın film yüklənib və bu proses davam etməkdədir. Saytda filmlər haqqında məlumatlar da yerləşdirilib.

Saytın yaradıcısı illərdir Azərbaycan kinosuna könüllü olaraq xidmət edən Vüsal Ağayevdir. Vüsal bəy Axar.az-a açıqlama verərək qısa müddətdə sayta 1000-ə yaxın film yerləşdirəcəklərini bildirib.

Xatırladaq ki, Vüsal Ağayev uzun illər Yutub video paylaşım saytında Azərbaycan kinosunun təbliğatı ilə məşğul olub. Bir müddət əvvəl onun yaratdığı "Azərbaycan kinosu" adlı kanal naməlum şəxslər tərəfindən şikayət edilərək bağladılıb.

Tarix
2015.04.03 / 01:23
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla