Yuxarı

Azyaşlılara görün nə öyrədirlər: rüsvayçı vəsait… - Ekspert

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azyaşlılara görün nə öyrədirlər: rüsvayçı vəsait… - Ekspert

Sosial şəbəkələrdə ciddi tənqid olunan Aygün Bal adlı şəxsin azyaşlı oxucular üçün nəzərdə tutulan “Qaz ilə Göyərçinin əhvalatı” kitabçası müstəqil müəllif tərəfindən tərtib olunmuş vəsaitdir. Senzura olmayanda belə də olacaq. Bu vəsait şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil.

Bunu Kult.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, bu cür nəşrlərə nəzarət və satışının tənzimlənməsinin çox sadə bir yolu var:

“Azyaşlı uşaqlar üçün istənilən vəsait çap olunmamışdan əvvəl senzuradan keçib qrif almalıdır. Məsuliyyət daşıyan yoxdur deyə, hərə bir kitab çıxarır. Mövcud qanunvericiliyə görə, bu cür nəşrlərə nəzarəti Təhsil Nazirliyi həyata keçirmir”.

Ekspert bildirib ki, bu cür halların bir daha təkrarlanmaması üçün müvafiq qurum formalaşdırılmalıdır:

“Müstəqil Dərslik Mərkəzinin yaradılmasını təklif etmişəm. Hətta dərsliklər belə müstəqil qurum tərəfindən yoxlanılsın. Ona görə hər kəs məsuliyyət daşısın. Mövcud prosedur və yoxlamalardan sonra çap edilsin. Ondan sonra bir də belə bir şey olmayacaq”.

Kamran Əsədov sosial şəbəkələrdə tənqid edilən kitabçanın müsbət tərəflərindən də danışıb:

“Mən 6 ay dərsliklər üzrə beynəlxalq təlim almışam. Bu vəsaitdə istifadə olunan şəkil və illüsturasiyalar çox yaxşıdır. Vəsaitin şrift ölçüləri, parlaqlığı da normaldır. Oxucu şəkillər üzrə xəyal qura bilər. Amma şeirin və mətnin məzmunu şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Vəsaitin prinsipləri pozulub. Ümumiyyətlə, orada öyrədici və düşündürücü heç nə yoxdur”.

Qeyd edək ki, Aygün Bal adlı müəllifin “Qaz ilə Göyərçinin əhvalatı” adlı vəsaiti kəskin şəkildə tənqid edilib. Sosial şəbəkə istifadəçiləri azyaşlılar üçün öyrədici olmayan bu cür vəsaitlərin nəşrinə görə Təhsil Nazirliyini də kəskin ittihamlarla tənqid ediblər.

Geniş tənqidlərə məruz qalan vəsaitdəki şeirin bir hissəsini təqdim edirik:

...Söylədi eşqini Qaz Göyərçinə,

Dedi: “Vurulmuşam nə vaxtdır sənə...”

Evli olduğunu bilsə də Qazın,

Artırdı bir az Göyərçin nazın.

Boyu çatmasa da Qazın boyuna,

İnadla girirdi Qazın qoluna.

Göyərçin bilirdi tay deyil ona,

Göyərçin vurulmuşdu qazın puluna.

...Hər gün yeyib-içmək, hər gün restoran...

Xərclik də olurdu puldan-paradan.

Arvad anlamasın, bilməsin deyə,

Qaz evə alırdı çoxlu hədiyyə.

Bir gün xəbər tutdu Qazın arvadı.

Qaqqıltı səsilə tutdu fəryadı.

Axtarıb tez tapdı o Göyərçini,

Dedi: “Kəsəcəyəm sənin səsini”…

Tarix
2020.08.11 / 00:27
Müəllif
Tural Turan
Digər xəbərlər

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu xeyli artıb

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla