Yuxarı

Dünya şöhrətli azərbaycanlı həkimin anım günüdür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün azərbaycanlı cərrah-alim, Beynəlxalq Cərrahlar Cəmiyyəti İdarə heyətinin üzvü, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən (İranda eksperimental cərrahiyyənin təməlini qoyan), “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid 7 cildlik kitabın müəllifi, “Bilgə dədə” ləqəbi ilə tanınan Cavad Heyətin anım günüdür.

Kult.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib. O bildirib ki, Cavad Heyət Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi böyük şəxsiyyətlərdən hesab olunur:

"1925-ci ildə Təbrizdə anadan olan Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb. Orta hərbi məktəbi bitirdikdən sonra Tehran Universitetinə daxil olub və ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək, Tibb fakültəsində oxuyub.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan C.Heyət 1949-cu ilədək cərrahlıq klinikasında çalışıb, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləyib.
O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara başçılıq edib. Doktor C.Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. Doktor 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini uğurla həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə Birinci Dərəcəli Əmək Ordeni ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər C.Heyətə geniş şöhrət gətirib.
Doktor təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınıb. O, uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub.

C.Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyub, elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra, 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyyə kafedrasına başçılıq edib.

Fars dilində cərrahlıqla bağlı üçcildlik dərsliyin müəllifidir.

Böyük alimin türkologiya sahəsində 300, tibb sahəsində 100 məqaləsi vardır.

İranda sonuncu inqilabdan sonra Azərbaycan dilinin elmi tarixi ilə doktor C.Heyət və doktor H.Nitqi məşğul olub. C.Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünə-məxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazıb.

C.Heyət BDU, ATU və Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, ADPU-nun fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü olub.

Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Türk Dil Qurumunun fəxri sədri, eləcə də, İstanbul Universitetinin fəxri doktoru olub.

C.Heyət 2014-cü ildə II Fəxri Xiyabanda dəfn edilib".

Tarix
2020.08.12 / 18:57
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla