Yuxarı

MTRŞ Lider TV-nin borclarını ödədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ Lider TV-nin borclarını ödədi

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan Kult.az-a verilən məlumata görə, iclasda Azərbaycanda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Prezidentin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılan 3 (üç) milyon manat vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıbr:

1. Lider TV və Radio Azərbaycan MMC - 500.000 manat

2. Xəzər TV MMC - 500.000 manat

3. Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası - 500.000 manat

4. ARB 24 MMC - 500.000 manat

5. Space Müstəqil Teleradio Şirkəti MMC - 500.000 manat

6. Real Təhlil İnformasiya Mərkəzi MMC - 500.000 manat

Lakin Lider TV və Radio Azərbaycan MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün Lider TV və Radio Azərbaycan MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 400.000 (dörd yüz min) manatının birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən Azərkosmos ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə Lider TV və Radio Azərbaycan MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.

Tarix
2020.08.13 / 11:58
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla