Yuxarı

Ədəbiyyata bir gündə iki itki: Qrasdan sonra...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ədəbiyyata bir gündə iki itki: Qrasdan sonra...

Ədəbiyyat dünyasından ölüm xəbərləri dalbadal gəlib.

Axar.az xəbər verir ki, dünən alman əsilli Nobel mükafatlı yazar Günter Qrasdan sonra Latın Amerikasının məşhur yazarlarından hesab edilən Eduardo Qaleano da 74 yaşında vəfat edib.

Həm də jurnalistika ilə məşğul olan Qaleanonun 1971-ci ildə çap olunan "Latın Amerikasının kəsik damarları" əsəri bütün dünyada böyük əks-səda yaratsa da, bir çox hərbi diktatorlar tərəfindən qadağan edilib. Əvvəl ölkəsi Uruqvaydakı xuntadan qaçaraq Argentinaya köçən, ancaq burdakı çevrilişdən sonra İspaniyaya sürgünə göndərilən Qaleano ədəbiyyat klassikləri arasına girən üç hissəli "Atəş xatirələri" romanını orada qələmə alıb.

Eduardo Qaleano kimdir?

Eduardo Qaleano 1940-cı ildə Uruqvayın paytaxtı Montevideoda doğulub. "Marça" jurnalının yazı işləri müdiri, "Epoxa" jurnalının da nəşriyyat rəhbəri olub. Uruqvayda baş verən hərbi çevrilişdən sonra bir müddət həbs olunub, sonra ölkəni tərk edərək Argentinaya köçüb, Beunos Ayresdə "Krizis" jurnalını buraxıb. 1973-cü ildən sonra Argentina və İspaniyada sürgün həyatı yaşayıb. 1985-ci ildə Uruqvaya qayıdıb.

Qaleano ilk dəfə "Casa de la Americas" mükafatı qazanıb. Üç hissəli "Atəş xatirələri" romanı Uruqvay Mədəniyyət Nazirliyinin mükafatına layiq görülüb. 1989-cu ildə Vaşinqton Universiteti tərəfindən Amerika Kitab Mükafatına layiq görülüb.

Tarix
2015.04.14 / 11:28
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla