Yuxarı

İki nazir görüş keçirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki nazir görüş keçirdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransa Respublikasının Mədəniyyət naziri Flör Pellerin ilə görüşüb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bütün istiqamətləri müzakirə edilib.

Əbülfəs Qarayev Fransa ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hüquqi bazanın mövcudluğunu önə çəkərək bu amilin ölkələrimiz arasında kitabxana, muzey, irs, kino və digər sahələrdə mübadilələrin aparılmasının önəm kəsb etdiyini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Fransanın bütün regionlarında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə tədbirlərin təşkilinin xalqlarımızın bir-birini yaxından tanıması üçün olduqca müsbət rol oynadığını diqqətə çatdırıb.

Fransalı nazir isə öz növbəsində son dövrlərdə həyata keçirilən çoxsaylı layihələr və tədbirlərin onda Azərbaycana xüsusi maraq oyatdığını, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı proqramların irəli sürülə bilinəcəyini bildirib. Nazir qeyd edib ki, Fransa Azərbaycan ilə mədəniyyətin bütün sahələrində əməkdaşlıqda maraqlıdır. Görüşdə teatr və musiqi tamaşalarının, həmçinin balet sənətinin inkişafı barədə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Nazirlər iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində beş illik fəaliyyət proqramının qısa zamanda hazırlanması barədə razılığa gəldilər.

Ə.Qarayev may ayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ölkəmizin bu mövzuda layihələri barədə məlumat verərək həmkarını tədbirə dəvət edib.

Tarix
2015.04.22 / 16:40
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla