Yuxarı

“Bütün xalq istənilən bozbaş müğənninin...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bütün xalq istənilən bozbaş müğənninin...”

"Çox rəssam "xaltura" edir, yaradıcı iş çəkmir və buna məcburdur. Çünki pul qazanmalıdır".

Bu sözləri rəssam Könül Kəngərli Axar.az-ın Azərbaycan rəssamlarını necə təmin edirlər" sualını cavablandırarkən deyib.

Könül Kəngərli alıcı qüvvəsinin azlığından şikayət edib:

"Gəlir mənbəyi satışlardandır. Çox rəssam "xaltura" edir, yaradıcı iş çəkmir və buna məcburdur. Çünki pul qazanmalıdır. Təbii ki, alıcı qüvvəsi də çox zəifdir. Yəni ikinci bir gəlir yeri olmadan yalnız rəssamlıqla dolansa, rəssam 3 ay ac, bir ay tox gəzər. Rəssamlığın ümidinə qalsa, rəssamlar ac qalar, çünki bir daha deyirəm, alıcı qüvvəsi çox zəifdir. Yaxşı yaşamaq, geyinmək istəyirsənsə, əlavə gəlir mənbəyi mütləqdir. Yox emalatxanadan çıxmayıb ilin 365 gününü orda qənaətlə yaşayacaqsansa, bəs edər".

Günel Ravilovaya görə heç kim artıq pulunu rəsmə vermək istəmir:

"Gəlir mənbəyi satdığımız əsərlərdən əldə olunan gəlirdir. Bir də müxtəlif müsabiqələrdə iştirakımız və hər bir ödənişli mükafatın qalibi olmaq mümkündür. Dolanışığımız çox kafidir. Çünki bizdə rəsmlərə dəyər verənlər çox azdır. Heç kim artıq pulunu rəsmə vermək istəmir. Ümumiyyətlə, Azərbaycanda rəsm əsəri satmaq çox çətindir. Mənim işlərimi alanların çoxu xaricilərdir".

Fərhad Yalquzaq ciddi sənətə önəm verilmədiyndən gileylidir:

"Hərə bir cür başını dolandırır. Əslində, rəssamlarımızın çoxu özünü təmin etmək üçün əsil yaradıcılıqdan uzaqlaşıb "xaltura" ilə məşğul olmağa məcbur olub, çünki Qərb aləmində elitar sayılan rəngkarlıq sənətinə Azərbaycanda dəyər verilmir. Bizim ölkədə rəngkarlıq sənəti, ədəbiyyat bu mühitin içində olanlardan, öz sənətinə gerçək dəyər verənlərdən başqa heç kim üçün maraqlı deyil. Ancaq müğənnilər, rəqqasələr dəyərlidir - onları telekanallar hər gün insanlara göstərir, bir gün də gündəmdən düşməklərinə yol vermirlər. İstənilən bozbaş müğənninin adını bütün xalq bilir, onların mahnılarını dinləyir, toylarına dəvət edib başda otuzdurur, ciblərinə istənilən qədər pul qoyurlar. Rəssam isə gedib dəxilsiz bir yerdə işləməli, sənətinə sərf etməli olduğu enerjini o işə sərf etməli olur. Əlbəttə, nə qədər söyləsək də, bunun heç bir xeyri yoxdur, çünki mədəni cəmiyyət olmasa, gerçək yaradıcı insanlar heç zaman öz qiymətlərini almayacaqlar. Mədəni cəmiyyətin yaranması isə ənənəyə bağlıdır ki, bizdə də bu ənənə yoxdur. Biz insanlar üçün ancaq ekzotik maraq kəsb edirik. İldə bir neçə əsər satırıq, onu da adətən xaricilər alır. Mənasız bir cəmiyyətdə yaşadığımı dərk etdiyim üçün artıq bunu çox ürəyimə salmıram, "sənət sənət üçündür, sənət sənətkar üçündür" deyərək özüm üçün emalatxanada qurdalanıram".

Tarix
2015.04.24 / 09:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla