Axar.az
Yuxarı

Axar.Az Logo

Laçın artıq həsrət deyil... – Məhəbbətin oğlu danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonu Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarıldı.

Laçının işğaldan azad edilməsi ilə bağlı Kult.az-a açıqlama verən sevilən sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov bildirib ki, illərdir doğma torpağın həsrətini çəkirdi:

“Şükür ki, təkcə Laçın yox, bütün ərazilərimiz işğaldan azad edildi. Sevinirəm, çünki artıq vətən həsrəti çəkməyəcəyik. İşğal zamanı həlak olan analarımız, bacılarımız, oğullarımızın qisası alındı. Artıq hər yerdə başıdik gəzə bilərik. İnşallah, öz dədə-baba torpaqlarımıza qayıdıb, orada yenidən yaşayıb, Laçınımızı yenidən qurub-abadlaşdıracağıq.

Atam “Laçın” deyə-deyə bu fani dünyadan köç etdi. Atamın Laçınla bağlı çox arzuları, xatirələri vardı. Hər dəfə uşaqlığından, məktəb illərindən, gəncliyindən danışardı. Bilirsiniz, ağır bir şeydir doğulduğun torpaqdan uzaqda ölmək. Düzdür, vətənin o başı, bu başı olmur, ancaq atamın Laçın sevgisi çox böyük idi. Bu sevgi, içindəki o həsrət “Laçınım mənim” mahnısını hər oxuduğunda büruzə verirdi.

İnşallah, biz də ən qısa müddətdə işğaldan azad edilən Laçına getmək istəyirik. Çox planlarımız var. Dövlətimiz uyğun gördüyü vaxtda doğma Laçınımıza gedəcəyik”.

Sənətkarın digər bir yaxını, sənətə yeni başlayan bacısı oğlu Hikmət Məhəbbət bildirib ki, Məhəbbət Kazımovun ən böyük arzularından biri həyata keçdi:

“Çox istəyərdim ki, dayım da bu günləri görsün. Çünki Laçın və Məhəbbət Kazımov mənim üçün eyni mənanı ehtiva edir. Bilirəm, indi ruhu şaddır, məzarında rahat uyuyur.

Hər nə qədər sənətə yeni gəlsəm də, Laçına qayıtdıqdan sonra Məhəbbət Kazımovun əziz xatirəsinə Laçınımızın işğaldan azad edilməsi münasibətilə konsert verəcəyəm və bütün laçınlılar üçün ilk dəfə kədərli yox, sevinc içində “Laçınım mənim” mahnısını oxuyacağam”.

Tarix
2020.12.01 / 16:29
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Xalq yazıçısının yubileyi: millət vəkili təbrik etdi – Foto

Deqati: Natavanın sümükləri qəbirdən çıxarılmışdı - Foto

Belələrini çomaqla idarə etmək lazımdır

Gənc memarın füsunkar “Zəfər muzeyi” layihəsi - Video

İnfarkt keçirən xalq artistinin durumu... - Açıqlama

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...

Bakıdakı Nizami heykəlinin yaradılmasının tarixçəsi

Deqatidən Bülbüllə bağlı paylaşım - Foto

"Bayraqdar" PUA-sı məşhur platformada göstərildi

Balakəndə ruhları çağıran bakılı gözəl lənətləndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla