Yuxarı

Erməni vəhşiliyi Pakistan mediasında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni vəhşiliyi Pakistan mediasında

Jurnalist Əli Zülfüqaroğlu və tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə Pakistanın globalnewspakistan.com informasiya agentliyində Ermənistanın Qarabağda törətdiyi bəşəri cinayətlərlə bağlı yazı dərc olunub.

Kult.az xəbər verir ki, yazıda Vətən müharibəsi dönəmində Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilib. Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar daxil olmaqla, mülki əhalinin qətlə yetirilməsi, evlərin və digər obyektlərin dağıdılması oxucuların diqqətinə çatdırılıb.

Həmçinin savaş bitəndən, Ermənistan kapitulyasiyaya imza atandan sonrakı dönəmdə ermənilərin boşaltıqları rayonlarda evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurması, talan etməsinə, törədilən ekoloji terrorla bağlı faktlara geniş yer verilib.

Qeyd olunur ki, Ermənistanın təzavüzü nəticəsində dəyən maddi ziyan ilkin hesablamalara görə, 800 milyarddan çoxdur və bu rəqəm getdikcə artır.

“Bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror çox təhlükəli tendensiyadır. Bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna laqeyd qalmamalıdır”, - məqalədə bildirilib.

Tarix
2020.12.22 / 17:30
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla