Yuxarı

Nazir İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri martın 3-də İstanbulda davam edir.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, İstanbul şəhəri Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

Görüşə xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yedditəpə Universitetinin müəllimi Teymur Rzayev, əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib.

Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, martın 3-də Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə “Mask-Kara” teatrı tərəfindən hazırlanmış “Kimdir müqəssir” tamaşasının premyerası da keçirilib.

Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri tədbirlərdə iştirak edib.

Tarix
2021.03.03 / 20:20
Müəllif
Kult.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla