Yuxarı

“Bunu Fərdanın hərəkəti ilə ölçmək olmaz”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bunu Fərdanın hərəkəti ilə ölçmək olmaz”

Bəzən aktyor tamaşa zamanı ssenaridə yazıldığı kimi deyil, öz istədiyi kimi hərəkət edərək improvizəyə yol verir.

Xalq artisti Nurəddin Mehdixanlı da Axar.az-a müsahibəsində "Bütün improvizələr tamaşaya qədər olmalıdır, tamaşa vaxtı improvizə etmək tərbiyəsizlikdir" – demişdi.

Bu mövzu çərçivəsində aktrisa və aktyorların fikirlərini öyrəndik. Sual isə belədir: Tamaşa zamanı aktyor improvizəsinə necə baxırsınız?

Aktyor İlqar Cahangirə görə, improvizə məsələsi mübahisəlidir:

"İmprovizə anlayışına birmənalı yanaşmaq olmaz, bu haqda geniş danışmaq lazımdır. Elə professional rejissor var ki, hər şeyi özü qurur, aktyor işləyir və tamaşa boyu o proses canlı olaraq gedir. Bizdə bu "improvizə" sözünü özəlləşdiriblər. İmprovizasiyanı KVN-in, Fərdanın hərəkəti ilə ölçmək olmaz, bu, tamam başqa anlayışdır. Bu anlayış haqda danışmaq başqa, peşəkarcasına analiz etmək tamam başqa şeydir. Elə improvizə edə bilərsən ki, tərəf-müqabilin o boşluğu doldura bilməz və rejissorun fikri orada itə bilər. 5-10 il əvvəl "Otello" tamaşasında mən bir improvizə etdim – canlı sənətdir də, elə alındı – tərəf-müqabilim (məşhur aktyordur) dayanıb mənə baxdı, mən fikirləşdim ki, bunu səhv elədim. Amma elə vaxt improvizə etmişik ki, alınıb. Elə rejissor da var ki, deyir, nə edirsən et, axırda gəlib bu stolun yanında duracaqsan. Teatrda, canlı sənətdə improvizasiya tam başqa cürdür. Əgər buna birmənalı yanaşsaq, çox səhv edərik".

Aktrisa Dilarə Nəzərova isə improvizənin tamaşaya qədər olmasının tərəfdarıdır:

"Mən Nurəddin müəllimin fikirləri ilə razıyam. Bütün improvizələr tamaşa başlayana qədər olmalıdır. Tamaşa artıq bitkin bir prosesdir, edilən məşqlərin nəticəsi tamaşaçıya təqdim olunmalıdır. Bəs məşqlər nə üçündür? Tərəf-müqabilini vəziyyətdən çıxarmaq üçün ola bilər ki, aktyor ona nəsə bir işarə eləsin, söz desin, replika atsın, ancaq bu, improvizə deyil".

Gənc aktyor Nicat Əli tərəf-müqabilindən asılı olaraq improvizə etdiyini deyir:

"Fikrimcə, hər bir tapıntı məşq zamanı kəşf edilməli, obraza mənimsədilməlidir. Mən məşqlərdə nə bacarıramsa, hamısını edirəm, sonra kənardan baxıb artıq şeyləri yığışdırıram. Və nəticədə obrazım yaranır. Mən improvizəni özüm etməyi sevmirəm – yalnız tərəf-müqabilim improvizə edəndə ona improvizə ilə cavab verirəm. Nurəddin Mehdixanlının sözlərində həqiqət var –yalnız ehtiyac olanda improvizə etmək lazımdır".

Tarix
2015.06.14 / 09:34
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla