Yuxarı

Dəmirəl ordunu sərhədə yeridib, İrəvana ultimatum verdi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın birinci prezidenti Ter-Petrosyanın mediaya müsahibəsi zamanı bəzi faktları təhrif etməsi qardaş Türkiyənin 1990-93-cü illərdə baş naziri (1993-2000-ci ildə isə Türkiyə prezidenti - red.) olmuş Süleyman Dəmirəlin Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın işğalı zamanı atdığı addımlarla bağlı bilgisizlikdən dolayı sosial şəbəkə istifadəçilərinin bəzi müzakirələri ilə müşayiət olunmuşdu.

Kult.az yaxın tariximizdəki bəzi olaylarla bağlı sabiq baş prokuror İxtiyar Şirinovun Moderator.az-a açıqlamasını bu baxımdan oxucularına təqdim edir:

Rusiya əlaltılarının törətdiyi 4 iyun qiyamı Azərbaycanda hakimiyyəti sarsıtdı və nəticədə ordumuz az-çox müqavimət gücünü itirdi, cəbhədə çox ciddi bir zəiflik yarandı və bundan yararlanan ermənilər də hücum edərək digər torpaqlarımızı da bir-birinin ardınca işğal etdi.

Kəlbəcərin işğalından dərhal sonra - 1993-cü il aprelin 3-də rəhmətlik Prezident Əbülfəz Elçibəylə məsləhətləşəndən sonra Türkiyəyə yollandım və dərhal oradakı siyasətçi dostlarımızın vasitəsilə o dövrdə Baş nazir olan Süleyman Dəmirəllə görüşdüm. Azərbaycanın düşdüyü çətin durum haqqında qardaş ölkənin hökumət başçısına məlumat verdim. Rəhmətlik Süleyman Dəmirəl məni diqqətlə dinlədi və əksər məsələlərdə bizə yardım etməyə razılaşdı. Prezident Əbülfəz Elçibəyə zəng etdim ki, hökumətdən kiminsə sənədlərə imza atması lazımdır. Buna görə də o vaxt Dövlət katibi olan Pənah Hüseyn də Ankaraya gəldi. Nəticədə Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında təcili olaraq müxtəlif müqavilələr bağlandı və Türkiyə hökuməti və ordusu bizə xeyli dəstək verdi. Öncə Milli Ordumuza təlim keçib yetişdirmək üçün 173 türk zabiti Azərbaycana göndərildi. O zaman, Kəlbəcər işğal ediləndən sonra, demək olar ki, Azərbaycan ordusu yox idi. Cəmi iki həftə ərzində 16 mindən çox çağırışçını toplayıb təlim keçmələri üçün Türkiyə zabitlərinə təhvil verdik.

Türkiyənin təşəbbüsü ilə BMT TŞ-da Kəlbəcərin işğalıyla bağlı məsələ də qaldırıldı və 822 saylı qətnamə qəbul olundu. Və həmin qətnaməyə əsasən Ermənistan qoşunları Kəlbəcəri və digər əraziləri 1993-cü ilin iyulunadək azad etməli idi. Türkiyə ordusu Ermənistan sərhədinə yeridildi və Süleyman Dəmirəl tərəfindən işğalçı ölkəyə ultimatum verildi. Və deyilən istiqamətlərdə işlərimiz normal şəkildə irəliləyirdi. Türkiyə Ermənistana təsir edirdi və çox qətiyyətli mövqe tutmuşdu. Hətta Ermənistan Kəlbəcərdən qoşunlarını çıxarmayacağı təqdirdə rəsmi Ankara müharibə də başlada bilərdi. Təəssüf ki, Rusiya əlaltılarının törətdiyi 4 iyun Gəncə qiyamı Azərbaycanda hakimiyyəti sarsıtdı və nəticədə ordumuz az-çox müqavimət gücünü də itirdi. Odur ki, cəbhədə çox ciddi bir zəiflik yarandı və bundan yararlanan ermənilər də hücum edərək digər bölgələrimizi də bir-birinin ardınca işğal etdi. Bir sözlə, 4 iyun qiyamı Dəmirəllə Kəlbəcərin işğalından sonrakı görüşümüzün nəticələrini puç etdi və torpaqlarımızın azad olunma prosesinin qarşısı alındı ki, bu da daha 6 rayonumuzun asanlıqla işğalına səbəb oldu...

Ancaq bir daha şükürlər olsun ki, nəhayət, 27 ildən sonra dövlətimizin uğurlu siyasəti və Ordumuzun əsgərlərinin canı-qanı sayəsində Kəlbəcərlə yanaşı, digər rayonlarımız da işğaldan azad olundu.

Qeyd edək ki, Azərbaycanda idarəetmədəki naşılığın yaratdığı milli faciələrdən qaçmaq üçün Süleyman Dəmirəl də Ümummilli liderin hakimiyyətə gəlməsini tələb və israr edənlərdən idi və sonradan Heydər Əliyevin ölkəni xilas edən böyük və misilsiz fəaliyyətinə qardaş dəstəyini hər zaman göstərmişdi.

Tarix
2021.06.01 / 22:51
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

AŞ-də Azərbaycan bayrağı yarıya endirildi - Foto

Qəzada həlak olan Anar da Qroznıda işləyirmiş...

Onlar Prezidentə başsağlığı verdi

NATO-dan Aktaudakı təyyarə qəzası barədə açıqlama

Sisidən Əliyevə: Dərin kədər hissi keçirdim...

Bayramov gürcüstanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla