Yuxarı

9 ildir icra edilməyən sərəncam: AMEA işə başlamır...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göytəpə Arxeoloji Parkı elə formada hazırlanacaq ki, buraya gələnlər özünü neolit dövrünün kəndində təsəvvür edə bilsin.

Bunu Kult.az-a açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyev deyib.

Onun sözlərinə görə, burada bir neolit mühiti yaradılacaq:

“Ölkə başçısı Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncam verdikdə, biz həmin sərəncama uyğun Türkiyənin İstanbul Universiteti və İstanbul Texniki Universiteti ilə birlikdə layihənin konsepsiyasını hazırladıq. 2014-cü ildə AMEA-nın Rəyasət Heyətində Göytəpə Arxeoloji Parkının təqdimatını da keçirdik. 2014-2015-ci illərdə Göytəpə Arxeoloji Parkı ilə bağlı AMEA rəhbərliyi tərəfindən ilkin olaraq mənə bildirdilər ki, layihə əhatəli və maraqlıdır, lakin daha çox maliyyə vəsaiti tələb olunur”.

Fərhad Quliyev bildirib ki, onların qarşısında duran iki məsələ var idi:

“Abidənin dünya əhəmiyyətli olmasını tanıtmaq və elmi tərəfdən layihəni tamamlamaq. Bunlar da icra olunub. Göytəpə Arxeoloji Parkının yaradılması layihəsi turizmlə elm arasında vəhdət təşkil edən ilk layihədir. Layihənin reallaşmasına gəlincə, AMEA rəhbərliyi bir neçə dəfə bizə bildirib ki, bu məsələ həllini tapacaq, vaxt lazımdır, gözləyin. 9 il keçib, amma layihə hələ də icra olunmayıb. Sərəncam əsasında AMEA-nın üzərinə düşən işlər - tikinti işlərinin başlanması, ilkin olaraq layihələndirmə işlərinin aparılması - yerinə yetirilməyib. Səbəb isə müəyyən maliyyənin tələb olunmasıdır”.

Qeyd edək ki, Milli Məclisin son plenar iclasında millət vəkili Qənirə Paşayeva Göytəpə Arxeoloji Parkının yaradılması barədə Prezident sərəncamının 2012-ci ildə verildiyini bildirərək, bu sərəncamın indiyədək yerinə yetirilməməsindən narahatlığını ifadə etmişdi.

Tarix
2021.06.02 / 10:39
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla