Yuxarı

Bu, Vilayət Eyvazov üçün şərəf məsələsi oldu...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda Eldəniz Səlimov adlı deputatın polis əməkdaşı Zaur Mirzəyevi sərxoş halda döyməsi olayını bilməyən tapılmaz. Qısa rezümesi belədir: Z.Mirzəyev polis reydi zamanı Eldəniz Səlimovun himayə etdiyi, qohumuna məxsus “Starıy Dvor” restoranının gecə 12-dən sonra işləməsi ilə bağlı rəhbərliyə irad bildirir və qanunun tələbinin icra olunmasını tələb edir.

Aradan bir-iki gün keçəndən sonra E.Səlimov Z.Mirzəyevin atası Cavanşir kişiyə gecə yarısı zəng edib, oğlunun sözügedən restorana gəlməsini istəyir. Atası Zauru yuxudan qaldırıb, sözügedən restorana göndərir və bəlli olur ki, gecə 00:45 olmasına baxmayaraq, restoran işləyir, Eldəniz Səlimov da restoranda yeyib-içir. E.Səlimov Z.Mirzəyevdən üzr istəməsini, bu restorana bir də yaxın gəlməməsini tələb edir. Z.Mirzəyev isə bir daha qanunu xatırladır, bu əməlin digər restoranlar üçün pis nümunə olacağını deyir. Bu zaman E.Səlimov əsəbiləşib, MM üzvündən qanuna əməl etməyi tələb edən polisi döyür. Polisin qulağından qan açılır, qulaq pərdəsi cırılır, sonra da al-qan içində qaçıb canının qurtarır...

Bu, şahidlərin yaydığı məlumatdır, rəsmi təfərrüat hələ açıqlanmayıb. Rəsmən təqdiqlənən fakt odur ki, gecə 01:00 radələrində “Starıy Dvor” restoranında E.Səlimov polis əməkdaşına fiziki xəsarət yetirib.

Bu hadisə iyulun 28-dən 29-na keçən gecə baş verib, 29-da bu barədə sosial şəbəkələrdə yazıldı. Elə həmin gün DİN araşdırmaya başladı və istintaqa birbaşa nazir, general-polkovnik Vilayət Eyvazovun nəzarət etdiyi haqda məlumat yayıldı. Olayın V.Eyvazovun birbaşa nəzarətində olması cəmi bir gündən sonra istintaqın tamamlanaraq, Baş Prokurorluğa göndərilməsindən də aydın görünür.

Artıq Baş prokuror Kamran Əliyev E.Səlimovun deputat toxunulmazlığının əlindən alınması üçün Milli Məclisə müraciət edib. MM-in 55 deputatı isə parlamentin növbədənkənar sessiyasının çağırılması barədə müraciət imzalayıb və qanunvericiliyə uyğun olaraq, 3 avqustda iclas keçiriləcək. Buna qədər, yəni sabah MM-in İntizam Komitəsi məsələyə qiymət verəcək və plenar iclasa təklif göndərəcək.

E.Səlimovun ən azı töhmət alması və deputat toxunulmazlığının ləğvi gündəmdədir. Amma MM daha radikal qərar da verə bilər.

Prosesdən belə məlum olur ki, bu, Vilayət Eyvazov üçün şərəf məsələsi səviyyəsinə qalxıb. Və heç də fərdi xarakter daşımır.

Bu, qanun keşikçisinin və ümumilikdə hüquq-mühafizə orqanlarının şərəfini qorumaqdır!

Bu, qanunun özünün aliliyinin təminidir!

Bu, Nazirlər Kabinetinin qərarını icra etmək istəyən polisə təzyiq göstərən şəxslərə qarşı bir aksiyadır!

Bu, bir generalın həm də dövlətçilik baxımından strateji düşüncəsidir!

Polis – daim əhali ilə kontaktda olan bir qurumdur və vaxtaşırı olaraq gündəmə gəlir.

Polis – hüquq-mühafizə orqanları içində ən zəhmətkeşidir və sistemin onurğa sütunudur. Bütün “çp”lərdə DİN meydanda olur. Yaxın tariximizdən bilirik: ölkədə qiyam, çevriliş cəhdi zamanı da onların qarşısının alınması üçün polis ayağa qaldırılan qurumların ilk sırasında yer alır, sabitliyi qorumaq lazım gələndə də, kriminallara qarşı mübarizədə də, hətta fərdi şəkildə insanlar arasında davada da, yollarda tıxac yarananda da, dövlət rəsmilərinin səfərlərinin təhlükəsizliyinin təşkilində də, narkotiklə genefondun məhv edilməsi narahatlığında da... Hətta İkinci Qarabağ savaşında da Daxili Qoşunlardan tutmuş polis nəfərlərinə qədər, Vətən üçün savaşa girmişdilər. Polis harda yoxdur ki!

Məhz buna görə də DİN-də fəaliyyətində azacıq qüsur tapılan şəxs dərhal sistemdən kənarlaşdırılır, heç bir güzəşt edilmir; istidə papağını belə başından çıxaran polis “xidmətə yararsız” kimi dışarı atılır.

DİN – əslində hərbi sistemdir, nümunəvi davranış tələbi və bu tələbi pozanların dərhal cəzalandırılmasını başa düşmək olar.

Ancaq məhz xalqla daim təmasda olduğu üçün polisin nüfuzu və şərəfi də qorunmalıdır. Çünki xalq daimi təmasda olduğu dövlət məmurunun bu qədər aşağılandığını və rəhbərliyin buna qarşı heç bir tədbir görmədiyini görərsə, polisə hörməti qalmaz. Polisə hörmət etməyən cəmiyyətlərdə isə necə dəhşətli fəsadlar baş verdiyini yaxşı bilirik.

Bu baxımdan E.Səlimovun cəzalanması üçün atılan bu addımlar həm də hüquq-mühafizə orqanlarının, ən başlıcası isə polisin dövlətçilik baxımından şərəf məsələsidir və son dərəcə doğru bir qərardır.

Bunu E.Səlimov anlamalı idi və polisə əl qaldırmaqla əslində dövlətçiliyin sütunlarına əl qaldırdığını başa düşməli idi.

Əlbəttə, onun Azərbaycanda ali məktəbə girə bilmədiyi, buna görə Dağıstana üz tutduğu və orada şübhəli bir diplom aldığı haqda gəzən məlumatlar əsasında E.Səlimovun təhsilinin bu həqiqəti dərk etməyə imkan vermədiyi iddiasını səsləndirmək olar. Ancaq bu, yalnız təhsillə bağlı məsələ deyil ki!

E.Səlimovun karyerası Dağıstan Universitetinin diplomu ilə vergi sistemində işləməklə başlayıb və siyasi fəaliyyəti, siyasi, dövlətçilik təfəkkürü yoxdur. Bu şəxs 2015-ci ildə yalnız YAP-ın nüfuzu və təbliğatı hesabına deputat ola bilib. Təəssüf ki, 5 illik “sıfır fəaliyyət”dən sonra ikinci dəfə YAP-dan namizəd olmağı bacarıb və yenə də YAP sayəsində mandat qazanıb. Ancaq heç vaxt mandatına layiq olmayıb. Kimsənin onun ictimai-siyasi fəaliyyəti haqda təsəvvürü yoxdur, çünki bu fəaliyyətin özü mövcud deyil!

İndi yoxa çıxıb, deputat həmkarları belə onu tapa bilmir. Özünü kriminal avtoritet kimi aparan bu deputat doğrudanmı hardasa gizlənə biləcəyini zənn edir?

Nə fiziki, nə mənəvi, nə də hüquqi məsuliyyət baxımından E.Səlimovun sığınacağı yer var.

Dövlətə və dövlətçiliyə əl qaldıranı dövlətçiliyi qoruyan generallar mütləq cəzalandırmalıdır və...

Ən əsası: bu, bütün yerli məmurlara, xırda və böyük vəzifə sahiblərinə də görk olmalıdır: dövlətə qarşı qalxan əl dərhal kəsilir və kəsilməlidir!

Tarix
2021.08.02 / 13:29
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla