Yuxarı

Zelandın dünyanı silkələyən nəzəriyyəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vadim Zeland və onun həqiqət transerfinqi nəzəriyyəsi bütün dünyanı silkələyib. Vadim Zeland haqqında çox az şey bildiyimiz sirli şəxsiyyətdir. O, əsrlərlə müdriklərin topladığı bilikləri ümumiləşdirməyə və qavranıla biləcək səviyyədə sadə şəkildə çatdırmağa nail olub.

Həqiqət (və ya reallıq) transerfinqi çoxvariantlı dünyanın və eyni zaman kəsiyində müxtəlif məkanlarda baş verən hadisələrin təlimidir. Bu təlimin mahiyyəti bir cümlə ilə izah oluna bilər: "Reallıq bizdən asılı olmadan mövcuddur. O vaxta qədər ki, biz bununla razılaşırıq".

Təlim artıq çoxları tərəfindən öyrənilir və tətbiq edilir. Şəxsi təcrübəsində bu təlimlə məşğul olan insanlar təəccüblə qeyd edirlər ki, reallıq onların gözü qarşısında öz formasını dəyişir.

Hər birimizin həyatında xoşagəlməz hallar, həlli mümkünsüz kimi görünən problemlər, çıxılmaz hesab etdiyimiz vəziyyətlər olur. Bu təlimlə görəcəksiniz ki, əslində hər şey göründüyü qədər çətin deyil.

Axar.az Vadim Zelandın əhvalınıza və həyat tərzinizə müsbət təsir göstərəcək düşüncələrini təqdim edir:

Pis havadan, tıxaclardan, problemlərdən və bütün neqativlərdən zövq almağı öyrənin. "Mazoxizm"in bu özünəməxsus növü tədricən sizin dünyanızın səmalarını aydınlığa qovuşduracaq. Bu və ya digər qeyri-müəyyən halların necə xeyrinizə işləyə biləcəyini düşünməyiniz labüddür. Çünki mütləq belə olacaq. Şəxsi praktikanızda dəfələrlə bunun şahidi olacaqsınız.

Ən çətini soyuqqanlılıqla nəzarəti əlində saxlayaraq gözləməyi bacarmaqdır. Heç bir hadisənin baş verməyəcəyi zaman kəsiklərini mətinliklə gözləmək vacibdir.

Sadəcə, istəməkdən vaz keçib sahib olmağa köklənsəniz, istəyinizi əldə edəcəksiniz.

Hakimiyyətdən, vəzifəli şəxslərdən, futbolçulardan, havadan, kolleqanızdan, qonşularınızdan narazı olmaq və onlardan gileylənməklə həyat aynasına neqativ obraz əks etdirirsiniz. Ən pisi odur ki, bilmədən yaratdığınız bu neqativ birmənalı şəkildə özünüzə qayıdır.

Özün kimi olmaq özünü bütün çatışmazlıqlarınla qəbul etmək deməkdir. Başqasını olduğu kimi qəbul etmək isə onu gözləntilərinizdən azad etmək deməkdir. Belə olduqda isə qarşı tərəflərdən birinin istəyi ilə digərinin istəməməsi səbəbindən yaranan münaqişə öz-özlüyünə aradan qalxır.

Öz reallığınızda siz yaratdığınız şəxsi filminizə sahibsiniz. Hansı təsəvvürü yaratsanız, o reallıqda da yaşayacaqsınız. Problem ondadır ki, insanlar adətən əksinə edirlər: nə görürlərsə, onu da reallıq kimi qəbul edirlər. Fərqi başa düşürsünüz?

Möcüzə o vaxt baş verəcək ki, siz məqsədlərinizə çatmaq vasitələri haqda düşünmək stereotipindən qurtulub məqsədin özü haqda düşünəcəksiniz.

"Bu dünyadan deyilsiniz?" və ya "həyatda nəsə düzgün getmir?" - deməli, siz artıq müəyyən dərəcədə və yaxud tamamilə oyanmısınız – əla!

Əgər fikirlərdə yaratdığınız reallığı daima canlandırsanız və məqsədinizə doğru addımlasanız, gec-tez sizin reallıqlarınız gerçəkləşəcək. Reallığın artıq başqa çıxış yolu qalmır, çünki bunu siz istəyirsiniz. Bu, reallığın başlıca xüsusiyyətidir. Çünki təkcə siz deyil, reallıq da sizdən asılıdır. Məsələ kimin daha çox təşəbbüskar olmağından asılıdır.

Etməməli olduğunuz tək şey həyatınızdan şikayətçi olmaqdır. Düşünməməlisiniz ki, həyatınız alınmır və ya bəxtiniz gətirmir. Heç bir yaşda belə düşünmək olmaz. Bu həyatda heç nə əbəs yerə baş vermir. Hər şey vaxtından, şəraitindən və vəziyyətindən asılı olmayaraq yenicə başlayır.

Tarix
2015.07.23 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Kılıç

Petrosyandan təklif: Zəngəzuru belə adlandıraq!

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Qriqoryan Azərbaycana gəldi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla